Xəbər axtarın

Son axtarış nəticələri:

64 yaşlı kişi Həkəridə batdı

05.07.2026 13:16

64 yaşlı kişi Həkəridə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar telefon xəttinə Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş – 1962-ci il təvəllüdlü Nuşirəvan Mehdi oğlu Həsənovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Paylaş: