
Neftçala rayonunun Mikayıllı kəndində “Qızılağac” Dövlət Təbiət Qoruğunun ərazisində yanğın olub.
Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, 15 hektar sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.