Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Fövqəladə Hallar Nazirliyi (FHN)

Bakıda YANĞIN söndürüldü - YENİLƏNİB - VİDEO

Bakıda YANĞIN söndürüldü - YENİLƏNİB - VİDEO

Xəzər rayonunda açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən daha geniş sahəyə yayılmasına, həmçinin yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən söndürülüb.

Qeyri-çimərlik ərazilərində 12 nəfər batıb - FHN-dən əhaliyə MÜRACİƏT

Qeyri-çimərlik ərazilərində 12 nəfər batıb - FHN-dən əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır. Primeinfo.az xəbər verir ki, bu barədə FHN-in qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciətində qeyd olunub. Bildirilib ki, iyun ayının 1-dən bu günə qədər qeyri-çimərlik ərazilərdə 12 nəfərin bataraq ölməsi faktı qeydə alınıb.

Əhmədlidə açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Əhmədlidə açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Əhmədlidə açıq ərazidə baş verən yanğının qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. *** 13.59 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən çimərliklərlə bağlı xəbərdarlıq: Qadağandır !

FHN-dən çimərliklərlə bağlı xəbərdarlıq: Qadağandır !

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib. Bu barədə Primeinfo.az-a  FHN-in Mətbuat xidmətindən məlumat verilib. “Havanın isinməsi ilə əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də su hövzələridir.

PUA-lar dəniz terminalını alova bürüdü: Rəsmi açıqlama gəldi

PUA-lar dəniz terminalını alova bürüdü: Rəsmi açıqlama gəldi

Rusiyanın Krasnodar vilayətinin Temryuk rayonuna pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilən kütləvi hücum nəticəsində mühüm strateji əhəmiyyətə malik dəniz terminalında dəhşətli yanğın baş verib. Primeinfo.az xəbər verir ki, Vilayətin qubernatoru Veniamin Kondratyev öz sosial şəbəkə hesablarında yaydığı rəsmi bəyanatda bildirib ki, hadisə nəticəsində 1 nəfər həlak olub, daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Partlayışlardan sonra alovlanan terminalın söndürülməsinə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri də daxil olmaqla, ümumilikdə 96 nəfərlik şəxsi heyət və 30 ədəd xüsusi texnika cəlb edilib.

FHN-dən “Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT

FHN-dən “Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi “Son zəng”lə bağlı avtonəqliyyat vasitələri sürücülərinə müraciət edib. Primeinfo.az xəbər verir ki, müraciətdə deyilir: “Təhsil müəssisələrində və kütləvi tədbirlərin keçirildiyi məkanlarda “Son zəng” və “Məzun günü” tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq avtomobil yollarında hərəkətin intensivliyinin və nizamsız parklama ehtimalının artacağı gözlənilir. Belə vəziyyətdə nəzərə almaq lazımdır ki, yollarda hadisə yerinə tələsən xüsusi təyinatlı texnikalara, o cümlədən yanğınsöndürmə və xilasetmə avtomobillərinə yol verilməməsi, habelə nizamsız parklama baş verən yanğın, qəza və digər hadisələrin nəticələrinin operativ aradan qaldırılması və mümkün zərərin minimuma endirilməsi üçün həmin nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında çatmasına çətinlik törədir.

Bakıda restoranda yanğın söndürüldü: Xəsarət alan var? - FOTO - VİDEO

Bakıda restoranda yanğın söndürüldü: Xəsarət alan var? - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb. Primeinfo.az-a bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.

Bakıda avtomobil yandı - VİDEO

Bakıda avtomobil yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək ağaclıq sahəyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.