Fövqəladə Hallar Nazirliyi (FHN) taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət ünvanlayıb. Bu barədə Primeinfo.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, taxıl tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb edir.
Balakən və Ağstafa rayonlarının bir sıra yaşayış məntəqələrində intensiv yağan yağışlar nəticəsində su dolmuş ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən fasiləsiz olaraq davam etdirilir. Primeinfo.az xəbər verir kİ, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir. Əməliyyatlara FHN-in Şimal-qərb Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Neftçala rayonunun Mikayıllı kəndində “Qızılağac” Dövlət Təbiət Qoruğunun ərazisində yanğın olub. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, 15 hektar sahədə quru ot və kol-kos yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub. Primeinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın döyüş tətbiqinə yararlı 2 ədəd F-1 və 1 ədəd RQD-5 əl qumbarası, 3 ədəd UZRQM-2 partladıcısı, 67 ədəd 5.45 mm-lik mərmi, 1 ədəd 7.62 mm-lik mərmi, 4 ədəd 9 mm-lik mərmi, 2 ədəd AK-74 avtomatı və 1 ədəd Makarov tipli tapança olduğu müəyyən edilib.
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 16 yaşlı oğlanın axtarışına başlanılıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib. Bu barədə Primeinfo.az-a FHN-dən bildirilib. Nazirlik iyulun 7-də və 8-də Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin olacağını nəzərə alaraq, əhaliyə müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Primeinfo.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğın nəticəsində 1 ha sahədə biçilməmiş, 7 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar telefon xəttinə Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda vətəndaş – 1962-ci il təvəllüdlü Nuşirəvan Mehdi oğlu Həsənovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.