Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Fövqəladə Hallar Nazirliyi (FHN)

Bu il yanğın zamanı 22 nəfər həlak olub - FHN

Bu il yanğın zamanı 22 nəfər həlak olub - FHN

  2026-cı ilin I yarımilliyi ərzində respublika ərazisində ümumilikdə 746 yanğın hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında qeyd edilib. Qeyd olunub ki, yanğın hadisələri zamanı 22 nəfər həlak olub, 71 nəfər xəsarət alıb.

FHN-dən çimərliyə gedənlərə külək xəbərdarlığı

FHN-dən çimərliyə gedənlərə külək xəbərdarlığı

Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraitini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb. Primeinfo.az xəbər verir ki, nazirlik həmçinin əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb. Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti avqustun 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə olacaq küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq yayıb.

Qubada 5 bal gücündə ZƏLZƏLƏ: Dağıntı və insan xəsarəti olmayıb - FHN

Qubada 5 bal gücündə ZƏLZƏLƏ: Dağıntı və insan xəsarəti olmayıb - FHN

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, yerli vaxtla saat 20:56-da Quba rayonu ərazisində 13 km dərinlikdə 4.9 maqnituda zəlzələ qeydə alınıb.

Hava ilə bağlı FHN-dən əhaliyə MÜRACİƏT

Hava ilə bağlı FHN-dən əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. FHN-dən Primeinfo.az-a verilən məlumata görə, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 17-dək bəzi ərazilərdə güclü külək əsəcəyi, hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi və ayrı-ayrı yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı

Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı

Ötən gün Kür çayında batan 21 yaşlı gəncin meyiti tapılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dünən Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 1.5 km aralı suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Suda batan 50 nəfərin meyiti tapılıb, 65 nəfər xilas edilib - FHN

Suda batan 50 nəfərin meyiti tapılıb, 65 nəfər xilas edilib - FHN

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən bu ilin ötən dövrü ərzində suda boğulma təhlükəsi ilə üzləşən 59-u çimərlik mövsümündə olmaqla, 65 nəfər xilas edilib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Məlumata görə, xidməti nəzarət edilən ərazilərdə ölümlə nəticələnən sudabatma hadisəsi qeydə alınmayıb.

Kənan Aşurov yeni vəzifəyə təyin olundu

Kənan Aşurov yeni vəzifəyə təyin olundu

Fövqəladə Hallar Nazirliyinin (FHN) ləğv edilən Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin rəisi polkovnik Kənan Aşurova yeni vəzifə verilib. O, FHN-nin Baş Əməliyyat İdarəsinin rəis müavini təyin edilib. Primeinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.