Bakı-Ələt-Astara magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq, ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb. Bu barədə Primeinfo.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. *** 18:28 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Ələt-Astara magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bilgəhdə dənizdə batan şəxslərin kimliyi məlum olub. Primeinfo.az-ın xəbərinə görə, Bilgəh qəsəbəsinin dəniz çimərliyində Qusar rayon sakini 2008-ci il təvəllüdlü Elmin Elmar oğlu Əmirəliyev və Bərdə rayon sakini 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadə suda boğulub. Onların meyitlərinin sudan çıxarılması istiqamətində tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 20 sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbirlər keçirilib. Bu barədə Primeinfo.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələri sürücülərinə müraciət edib. Bu barədə Primeinfo.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yay istirahət mövsümünün bitməsi və yeni tədris ilinin başlaması ilə şəhərdaxili avtomobil yollarında sıxlıq müşahidə olunur: “Belə vəziyyət fövqəladə hadisə ünvanına tələsən xüsusi təyinatlı texnikaların, o cümlədən yanğınsöndürən və xilasetmə avtomobillərinin yollarda hərəkəti və hadisə yerinə vaxtında çatması üçün çətinliklər yaradır.
Paytaxtın Suraxanı rayonunda, Yeni Günəşli qəsəbəsində 16 mərtəbəli binanın doqquzuncu mərtəbəsindəki mənzildə bağlı qapı arxasında yuxuya qalan uşaq xilasedicilərin köməyi ilə valideynlərinə təhvil verilib. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 2014-cü il təvəllüdlü E. Qurbanlının yaxınları onun yaşadığı mənzilin qapısını dəfələrlə döysələr də, cavab verən olmayıb.
Badamdarda beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Fövqəladə Hallar Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında yeni Baş İdarə yaradılıb. Primeinfo.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, yeni yaradılan qurumun adı Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsidir. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq Əmri ilə Mülki Müdafiə Qoşunlarının rəis müavini general-mayor Elçin Şirxan oğlu Adıgözəlov vəzifəsindən azad edilərək, Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsinin rəisi təyin olunub.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Zəyəm qəsəbəsində vətəndaşa məxsus istixanada yanğın baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. İstixana ərazisində plastik tullantılar yığılan sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikili və istixana yanğından mühafizə olunub.
Şəkidə yerləşən “Şəki Yaylası” istirahət mərkəzində əyləncə qurğusunun trosunun qırılması nəticəsində iki nəfərin həyatını itirməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı qurğunun texniki təhlükəsizlik tələblərinə uyğunluğu, qeydiyyatı, texniki baxışdan keçirilib-keçirilməməsi və qəzanın səbəbləri barədə FHN-ə suallar ünvanlanıb. Nazirlikdən sorğuya cavab olaraq bildirilib ki, bu kimi qurğulara nəzarət FHN-in səlahiyyətlərinə daxil deyil.