Xəbər axtarın

Son axtarış nəticələri:

PUA-lar dəniz terminalını alova bürüdü: Rəsmi açıqlama gəldi

13.06.2026 14:43

PUA-lar dəniz terminalını alova bürüdü: Rəsmi açıqlama gəldi

Rusiyanın Krasnodar vilayətinin Temryuk rayonuna pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilən kütləvi hücum nəticəsində mühüm strateji əhəmiyyətə malik dəniz terminalında dəhşətli yanğın baş verib.

Primeinfo.az xəbər verir ki, Vilayətin qubernatoru Veniamin Kondratyev öz sosial şəbəkə hesablarında yaydığı rəsmi bəyanatda bildirib ki, hadisə nəticəsində 1 nəfər həlak olub, daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Partlayışlardan sonra alovlanan terminalın söndürülməsinə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri də daxil olmaqla, ümumilikdə 96 nəfərlik şəxsi heyət və 30 ədəd xüsusi texnika cəlb edilib.

Hücum nəticəsində konkret olaraq hansı dəniz terminalının zərər gördüyü və yanğının tam miqyası barədə rəsmi qurumlar tərəfindən hələlik ətraflı məlumat açıqlanmır. Bölgədə gərginlik və yanğınla mübarizə tədbirləri davam edir.

Paylaş: