Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: fhn

Naxçıvanda əl qumbarası və top mərmisi tapıldı - VİDEO

Naxçıvanda silah-sursat aşkarlanıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Kəngərli və Ordubad rayonları ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.

FHN Naxçıvanda maarifləndirmə tədbirləri təşkil edib -FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) səlahiyyətləri daxilində ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. Primeinfo.az xəbər verir ki, bu çərçivədə, Agentliyin bir qrup əməkdaşı Naxçıvan Muxtar Respublikasında yerləşən bir sıra dövlət və özəl müəssisələrin əməkdaşları üçün maarifləndirmə tədbirləri keçiriblər. Belə ki, Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin inzibati binasında Muxtar Respublikanın dövlət və özəl tibb müəssisələrinin, Baş Gömrük İdarəsinin, habelə ərazidəki sənaye müəssisələrinin əməkdaşları üçün maarifləndirmə tədbirləri təşkil olunub.

Azərbaycan və Qətər arasında Birgə Biznes Şurasının ilk toplantısı baş tutdu -VİDEO

24-25 noyabr 2025-ci il tarixlərində Qətərin paytaxtı Doha şəhərində Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclası və bu çərçivədə Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Tədbirlərdə iştirak etmək üçün Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Qətər Dövlətinə səfər edib.

Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb. Fövqəladə Hallar Nazirliyindən Primeinfo.az verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakının Nəsimi rayonunun Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binanın mənzilində yanğın başlayıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yasamalda yanğında ölənlərdən biri də son mənzilə yola salındı

Dünən Yasamalda baş verən güclü yanğın zamanı həlak olanlardan biri də Samir Kamal oğlu Məmmədovdur. Primeinfo.az “Sumqayit24.az”a istinadən xəbər verir ki, o, bu gün Köhnə Saray qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, mərhumun ailəsi də hazırda reanimasiyadadır.