Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Fövqəladə Hallar Nazirliyi (FHN)

Bakıda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Bakıda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Nazirliyin Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanında yerləşən “Yuxa” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki: – obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır; – elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib; – obyekt odsöndürən balonlarla tam təmin olunmayıb; – obyektin bəzi daxili divarları yanar materiallarla üzlənilib; – mətbəxdə quraşdırılmış tüstü bacasının təmizlənməsi barədə akt təqdim edilməyib; – yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb; – obyektdə köçürmə yolunu göstərən nişanlar mövcud deyil; – obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi və layihə sənədləri təqdim edilməyib.

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə olunub - VİDEO

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə olunub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Xətai rayonu, M.Hadi küçəsi, 68A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub. FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Pozuntulara görə fəaliyyəti dayandırıldı - VİDEO

Pozuntulara görə fəaliyyəti dayandırıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin(FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir. Primeinfo.az-a bu barədəd FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Agentliyin müfəttişləri tərəfindən Göygöl şəhəri, Azay Kazımov küçəsində fəaliyyət göstərən fərdi sahibkar Əliyev Nizami Rza oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Lökbatanda yanğında tüstüdən zəhərlənənlərin son durumu

Lökbatanda yanğında tüstüdən zəhərlənənlərin son durumu

Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən yanğınla əlaqədar 8 nəfər şəxs (2 kişi, 6 qadın) tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, onların hər birinə zəruri tibbi yardım göstərilib.

Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə olunub - VİDEO

Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə olunub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Görülmüş operativ tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.