Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: fhn

FHN-dən hava ilə bağlı əhaliyə - MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Primeinfo.az xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkədə hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi ərazilərdə güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, FHN əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Bakıda binada yanğın başladı, sakinlər təxliyə edildi

Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.