İki gün əvvəl quldurluq şübhəsi ilə saxlanılan kikboksçu Tulin Ələkbərova və tələbəsi Abbas Rəhimli məhkəməyə çıxarılıb. Primeinfo.az xəbər verir ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə onların hər ikisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Müəllim və tələbə birbaşa istintaq təcridxanasına aparılıblar.
Bu gün Bakı Apelyasiya Məhkəməsində AXCP sədri Əli Kərimli barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Səbail rayon Məhkəməsinin qərarından verilmiş şikayətə baxılıb.
Dövlətə xəyanət ittihamı ilə həbsdə olan Ramiz Mehdiyevə donoslar yazan, “ağsaqqalım” deyən Elmira Axundovanın yaxın adamı Elnur İbrahimovun ölkədən çıxışına “STOP” qoyulub.
Azərbaycanın Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 2-də davam etdirilib. Primeinfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub. Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s.
Xaricdə yaşayan siyasi şərhçi Ərəstun Oruclunun cinayət işi üzrə qiyabi icraat üzrə ibtidai istintaq başa çatıb. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb. Bildirilib ki, onun barəsində olan cinayət işi üzrə qiyabi ibtidai istintaq dekabrın 2-də tamamlanıb.
“Meydan” TV işi üzrə məhkəmə başlayır. Primeinfo.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Aytən Əliyevanın icraatına verilib.
Barəsində 2 ay 15 gün həbs-qətimkan tədbiri seçilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib. Primeinfo.az Gununsesi.info-ya istinadən xəbər verir ki, həkim müayinəsindən keçiriləndən sonra AXCP sədri İstintaq Təcridxanasına yerləşdirilib. Onun təkadamlıq kamerada yerləşdirildiyi məlum olub.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 1-də davam etdirilib. Primeinfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub. Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s.
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Qənimət Zahidovun cinayət işi məhkəməyə göndərilib. Primeinfo.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib. İttihama görə, Anar Əsədli 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilir.