Cənubi Dairə Hərbi Məhkəməsi 2022-ci ildə Krım körpüsündə törədilmiş terror aktı ilə bağlı 8 müttəhimi ömürlük həbs cəzasına məhkum edib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məhkəmə müttəhimlər Artem Azatyan, Qeorqi Azatyan, Oleq Antipov, Aleksandr Bılin, Vladimir Zloba, Dmitri Tyjelıx, Roman Solomko və Artur Terçanyanı təqsirli bilib və onların ömürlük həbs cəzasına məhkum edilməsinə qərar verib.
Bakı Dövlət Sirki müvəqqəti olaraq ölkəyə gətirdiyi malların, o cümlədən 10 sirk itinin sənədləşmə müddətini vaxtında uzatmadığı üçün 1200 manat cərimə olunub. Primeinfo.az xəbər verir ki, bu barədə qərarı Nəsimi Rayon Məhkəməsi verib. Gömrük orqanlarının məlumatına görə, sirkin malları ölkəyə müvəqqəti idxal proseduru ilə gətirilib və bu prosedurun müddəti müəyyən tarixdə başa çatıb.
İstanbul bələdiyyəsində korrupsiya işi ilə bağlı ittihamnamə məhkəmə tərəfindən qəbul edilib. Primeinfo.az bu barədə “TRT Haber”ə istinadən bildirir. Məlumata görə, İstanbulun sabiq meri Ekrem İmamoğlu ilə əlaqədar aparılan istintaq çərçivəsində məhkəmə 402 şübhəliyə, o cümlədən həbsdə olan 105 şəxsə qarşı ittihamnamə qəbul edib.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 21-də davam etdirilib.
“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun (“Şərurlu İsfəndiyar”) məhkəməsində prosesə çağırılan AMEA-nın eksperti rəyini açıqlayıb. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən tərəfin vəsatəti əsasında məhkəməyə çağırılan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qaziyeva da iştirak edib. Belə ki, təqsirləndirilənin vəkili Ülvi Nəsibli İsfəndiyar Axundovun Emil Səməndərov haqqında dediklərindən sitat gətirərək sözügedən məsələnin təhqir olmadığını deyib və bu barədə mütəxəssisin fikrini soruşub.
İrəvan məhkəməsi “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın həbs müddətini üç ay uzadıb. Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə İrəvan ümumi yurisdiksiya məhkəməsinin cinayət işləri üzrə hakimi Karen Farxoyan bildirib. Xatırladaq ki, “Müqəddəs mübarizə” hərəkatının 18 üzvü “terror aktına hazırlıq və hakimiyyəti ələ keçirməyə cəhd” işi üzrə ittiham olunur.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər törədən şəxslərin açıq məhkəmə prosesinin baxış iclası noyabrın 6-da davam etdirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özeli məhkəməyə verib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə liderinin vəkili Hüseyn Aydın sosial media hesabında açıqlama verib. O qeyd edib ki, Ərdoğan müxalifət liderindən 500 min lirə (təxminən, 20 183 manat) təzminat istəyir: “Özel dünən keçirilən mitinqdə Rəcəb Tayyib Ərdoğanı hədəfə alıb və əsassız ittihamlar səsləndirib.
Noyabrın 6-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilir. Primeinfo.az xəbər verir ki, məhkəmə iclasında təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda cinayətkar birliyin tərkibindəki rollarını təsdiq edən sənədlərin və sübutların elan olunmasına başlanılıb. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev sənədlərin və sübutların təqsirləndirilən şəxs Harutyunyan Arayik Vladimiri (Vladimiroviç) ilə bağlı olan hissəsini diqqətə çatdırıb.
Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışan 10 il müddətə azadlıqdan məhrum edilib. Primeinfo.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə elan olunub. Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar.