Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Macarıstan

Natiq Cəfərli: “Madyar elə Orbandır”

Macar xalqına və siyasi elitasına eşq olsun! Avropaya da, dünyaya da milli maraqlar üçün aktiv seçici, Macarıstan maraqları üçün “siyasi mühəndislik” dühası yarada bildilər, xalqın gələcəyi üçün birgə necə davranmaq lazımdır – onu göstərdilər.

Macarıstanda seçki: Orban partiyasının məğlubiyyətini etiraf etdi - FOTO

Macarıstanın Baş naziri Viktor Orban parlament seçkilərində partiyasının məğlubiyyətini etiraf edib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısı öz müraciətinin yayımı zamanı bildirib. Orban bildirib ki, hakim siyasi qüvvə səsvermənin yekunlarına görə məğlub olub.

Macarıstanda parlament seçkiləri keçirilir

Macarıstanın Dövlət Məclisinə (birpalatalı parlament) parlament seçkilərində səsvermə başlayıb. Primeinfo.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 06:00-da başlayıb, seçki məntəqələri saat 19:00-dək açıq olacaq. Seçkilərdə 199 deputat yeri uğrunda mübarizə gedir.

Yerli təşkilatlardan birinin veb-resursuna kiberhücum olub - ETX

  Dünyada müşahidə olunan geosiyasi proseslər fonunda əksər ölkələrə qarşı kiberhücumların miqyası artmaqdadır. Bu hücumlar birbaşa ölkəni hədəf almaqla yanaşı, eyni zamanda ölkədə informasiya və kibertəhlükəsizlik tələblərinə cavab verməyən sistemlərdən istifadə etməklə, digər dövlətlərin informasiya sistemlərini hədəfə alırlar. Primeinfo.az xəbər verir ki, bu istiqamətdə Macarıstanın Milli Kibertəhlükəsizlik Mərkəzindən (NCSC Hungary) daxil olan məlumat əsasında Elektron Təhlükəsizlik Xidmətinin (Milli CERT) Rəqəmsal Təhqiqat Mərkəzi geniş araşdırma aparıb.

Siyartodan Sibiqaya cavab: "Macarıstan Ukraynaya heç nə borclu deyil"

Macarıstan Ukraynaya heç nə borclu deyil. Primeinfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto ukraynalı həmkarı Andrey Sibiqaya cavabında deyib. Rusiyanın heç bir Aİ ölkəsinə hücum etmədiyini bildirən macar nazir Ukraynanın sadəcə özünü müdafiə etdiyini vurğulayıb.

Macarıstan Ukrayna səfirini XİN-ə çağıracaq

Macarıstanın Baş naziri Viktor Orban Kiyevin Budapeştə qarşı təhdidləri ilə əlaqədar Ukrayna səfirini Xarici İşlər Nazirliyinə çağırmağı tapşırıb. Primeinfo.az xəbər verir ki, Macarıstanın baş naziri bu barədə feysbukda yazıb. “Biz heç kimə Macarıstanın suverenliyinə və ya ölkədə keçirilən seçkilərin bütövlüyünə xələl gətirməsinə icazə verə bilmərik.

Macarıstanın Varşavadakı səfiri Polşa XİN-ə çağırılıb

Macarıstanın iki Polşa vətəndaşına sığınacaq verməsi ilə əlaqədar bu ölkənin Varşavadakı səfiri İştvan İydarto Polşa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Primeinfo.az “Straits Times”a istinadən xəbər verir ki, bu barədə məlumatı cümə günü Polşa XİN-in sözçüsü Matsey Vevior açıqlayıb. “VSquare” xəbər saytı ötən gün məlumat vermişdi ki, Macarıstanın nümayəndə heyəti Brüsseldə digər ölkələrin təmsilçilərinə Polşanın iki vətəndaşına sığınacaq verildiyinə dair məktub göndərib.

Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü iclası Budapeştdə keçirilib - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyartonun həmsədrlik etdikləri Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü iclası Budapeştdə keçirilib. Bu barədə Primeinfo.az-a Xarici İşlər Nazirliyindən bildirilib. İclasda Azərbaycan–Macarıstan strateji tərəfdaşlığının mükəmməl səviyyəsini yüksək qiymətləndirib və dostluq, ortaq maraqlar və yüksək səviyyəli siyasi dialoqla dəstəklənən dinamik inkişafı nəzərdən keçirilib.

Macarıstan Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

Macarıstan və Azərbaycan arasında təbii qazın tədarükü haqqında imzalanmış saziş iki il müddətinə nəzərdə tutulub. Primeinfo.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkədə yazıb. “Təbii qazın alınması ilə bağlı növbəti saziş: bu dəfə Azərbaycanla, iki il müddətinə və 800 milyon kubmetr həcmində olacaq”, – o bildirib.

Ceyhun Bayramov Macarısatana getdi -  FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabında məlumat paylaşılıb. Bildirilib ki, səfər çərçivəsində 11 dekabr tarixində Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.