Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: putin

Tokayev Putinə 4 pələng verəcək

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq. Primeinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Amur pələnglərinin bağışlanması barədə qərar Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Moskvaya dövlət səfəri zamanı əldə olunub. Qazaxıstana Rusiyadan iki erkək və iki dişi Amur pələngi veriləcək.

Tokayev və Putin “strateji tərəfdaşlıq” bəyannaməsi imzaladı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin danışıqların yekunları üzrə “strateji tərəfdaşlıq və müttəfiqlik haqqında” Bəyannamə imzalayıblar. Primeinfo.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. “Dövlət başçıları Rusiya Federasiyası və Qazaxıstan Respublikasının dövlətlərarası əlaqələrinin hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə keçidi haqqında Bəyannaməni imzalayıblar”, – məlumatda bildirilib.

Putin Qazaxıstan prezidentinin dəvətini qəbul etdi

Rusiya Prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin 2026-cı ildə Qazaxıstana səfər etmək dəvətini qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. “Məmnuniyyətlə gələcəyəm”, – V.Putin Moskvada Tokayevlə danışıqlar zamanı onun təklifinə cavab olaraq bildirib.

Putin Qazaxıstanda hörmətlə qarşılanır - Tokayev

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanda qlobal dövlət xadimi kimi hörmətlə qarşılanır. Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Rossiyskaya qazeta” qəzetindəki məqaləsində yazıb. “İkitərəfli əməkdaşlıqdakı bütün nailiyyətlər Prezident Vladimir Vladimiroviç Putinin bu sahədəki enerjili və məhsuldar işi ilə ayrılmaz şəkildə bağlıdır.

Putin və Tramp arasında telefon danışığı ola bilər

Putin və Tramp arasında telefon danışığı tez bir zamanda təşkil edilə bilər. Primeinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Vaşinqton nüvə sınaqları ilə bağlı vəziyyətin müzakirə edildiyi Təhlükəsizlik Şurasının iclasından sonra Putin və Tramp arasında telefon danışığı tələb etməyib.

Tokayev Putinlə görüşəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 11-12 noyabr tarixlərində Rusiyaya dövlət səfəri edəcək. Primeinfo.az xəbər verir ki, səfər Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq. Danışıqlar zamanı Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə daha da inkişaf etdirilməsinin aktual məsələləri, həmçinin regional və qlobal gündəmin əsas mövzuları müzakirə ediləcək.

Putinə sadəcə prezident kimi maaş verilir

NATO Baş katibi Mark Rutte Rusiya Prezidenti Vladimir Putinin nüvə silahı sınaqları ilə bağlı açıqlamasını ironik şəkildə şərh edib. Primeinfo.az xəbər verir ki, M.Rutte Rumıniya Prezidenti Nikuşor Danla birgə mətbuat konfransı zamanı bu barədə fikir bildirib. “Mən uzun müddətdir ki, Putinin təşkil etdiyi iclasları şərh etmirəm.

Putin “Naxçıvan yeparxiyası”nın erməni keşişinə orden verdi – VİDEO

Rusiya prezidenti Vladimir Putin “Rusiya və Yeni Naxçıvan yeparxiyası”nın rəhbəri, Erməni Apostol Kilsəsinin arxiyepiskopu Ezrasa Aleksandr Nevski ordeni təqdim edib.  Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, Kreml mərasimi Rusiya Federasiyasının dini və ictimai həyatı üçün “xidmətlərinə görə” kimi təqdim edib. Lakin diqqət çəkən məqam ordenin təqdim olunduğu şəxsin titulundakı “Yeni Naxçıvan yeparxiyası” ifadəsidir.