Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: qəza

ANAMA əməkdaşları qəzaya düşdü: qardaşlardan biri öldü

Beyləqanda baş verən yol qəzası zamanı ağır xəsarət alan qardaşlardan biri ölüb. Primeinfo.az bildirir ki, bu gün səhər saatlarında Beyləqan rayonu Birinci Şahsevən kəndi ərazisində baş verən qəza zamanı ağır xəsarət almış 3 nəfərdən biri, 1996-cı il təvəllüdlü Elvin Həşimov həkimlərin göstərdikləri səylərə baxmayaraq xəstəxanada həyatını itirib. Qəza zamanı xəsarət alan digər 2 nəfərin – Ülvi Həşimov və Məhərrəm Səfərovun müalicəsi xəstəxanada davam etdirilir.

Biləsuvarda ağır qəza: ölən var

Biləsuvar rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Primeinfo.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Arazbari kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, “VAZ 2107” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində ölən və yaralananlar var.

Gədəbəydə müəllimləri daşıyan mikroavtobus aşıb, 16 nəfər xəsarət alıb - FOTOLAR

TƏBİB Gədəbəydə avtobus qəzasında xəsarət alanların son durumunu açıqlayıb. Primeinfo.az Report-a istinadən xəbər verir ki, Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 16 nəfər (qadın cinsli) müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub. Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları ilə 3 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasına və 13 nəfər isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Qəza tıxaca səbəb oldu

Ziya Bünyadov prospektində, Koroğlu yol qovşağına yaxın ərazidə yol nəqliyyat hadisəsi baş verib.

Yol polisindən qəzada həlak olan məktəblilərlə bağlı ÇAĞIRIŞ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Lənkəran rayonunda məktəbli bacı-qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı müraciət edib. İdarədən Primeinfo.az-a verilən məlumatda bildirilib ki, bu faciə bir daha göstərir ki, yol hərəkəti qaydalarına əməl olunmaması ən ağır nəticələrə gətirib çıxarır: “Bir daha bütün sürücülərin diqqətinə çatdırırıq ki, yollarda — xüsusilə yaşayış məntəqələrində, məktəb və bağça ərazilərində hərəkət zamanı sürət həddi qanunvericiliyin tələblərinə uyğun seçilməli, məsuliyyətli davranılmalıdır. Piyadalara da xatırladılır ki, yalnız təyin olunmuş keçidlərdən istifadə etməli, hərəkətə başlamazdan əvvəl ətrafı diqqətlə müşahidə etməli və sürücülər üçün gözlənilməz vəziyyət yaratmamalıdırlar.