“Qarabağ” “Ayaks”a məğlub oldu - YENİLƏNİB
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda üz-üzə gələcək “Qarabağ” və Niderlandın “Ayaks” komandalarının start heyətləri açıqlanıb.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda üz-üzə gələcək “Qarabağ” və Niderlandın “Ayaks” komandalarının start heyətləri açıqlanıb.
Xəbər verdiyimiz kimi, bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” – “Ayaks” oyunu start götürəcək. Lakin Bakıda müşahidə olunan yağışlı hava səbəbindən oyunun təxirə salınacağı ilə bağlı iddialar yayılıb. Primeinfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün “Qarabağ” FK ilə əlaqə saxlayıb.
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq Bəhramov adına stadionda keçiriləcək “Qarabağ”–“Ayaks” futbol oyununun biletlərinin qeyri-qanuni onlayn satışına qarşı növbəti əməliyyat-texniki tədbir keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Məlumata görə, biletləri əvvəlcədən onlayn qaydada və satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkələrdə müxtəlif səhifələrdə, eləcə də “qara bazar”da dəyərindən daha artıq qiymətə satmaq istəyən Şahin Məmmədov və Hüseyn Quliyev saxlanılıblar.
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində “Ayaks”la qarşılaşacaq. Primeinfo.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb: “Çox vacib oyundur. Hazırlaşmağa çox vaxt olmadı.
Bakı metrosu “Qarabağ” FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq. Bu barədə Primeinfo.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib. Qeyd edilib ki, dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq “Ayaks” komandası Bakıya gəlib. Primeinfo.az xəbər verir ki, bu barədə Niderland nəhəngi özünün sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” görüşü saat 21:45-də başlayacaq.
Bakıda “Qarabağ” və Niderlandın “Ayaks” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununa indiyədək 27 650 bilet satılıb. Bu barədə Primeinfo.az-a Ağdam klubundan məlumat verilib. Qeyd edək ki, “Qarabağ” – “Ayaks” matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununun təyinatları bəlli olub. Primeinfo.az xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşü FIFA referisi Rade Obrenoviç idarə edəcək.
“Qarabağ” – “Ayaks” oyunu İctimai Televiziyada yayımlanacaq. Primeinfo.az xəbər verir ki, bu barədə İTV məlumat yayıb. “Məlum olduğu kimi, “Saran Media” ilə əldə edilmiş razılaşma əsasında 2025/26 mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları İctimai Televiziyanın canlı efirində təqdim olunur.
UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununun biletlərinin əksəriyyəti satılıb. Primeinfo.az xəbər verir ki, 10, 15, 25, 35 manatlıq biletlər tükənib. Satış saat 15:00-da başlanıb.