Naxçıvanda TDT ölkələri QHT-lərinin Platforması təsis edilib
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işini bu gün Naxçıvanda davam etdirir.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işini bu gün Naxçıvanda davam etdirir.
Azərbaycanda səfərdə olan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının üzvləri Naxçıvana gediblər.
Noyabrın 24-nün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Həmrəylik Günü kimi qeyd edilməsi təklif olunub. Primeinfo.az xəbər verir ki, bu təklifi “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal TDT ölkələri QHT-lərinin Həmrəylik Forumunda keçirilən “Azərbaycan-Qazaxıstan QHT-lərinin əmakdaşlıq Forumu” adlı paneldə səsləndirib. O bildirib ki, Azərbaycan Türk dünyasının inkişafı üçün böyük işlər görüb.
Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın ali audit orqanlarının rəhbərlərinin iştirakı ilə Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyi (TÜRKSAİ) yaradılıb.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr eyni tarixi dəyərlərə, ortaq mədəniyyətə və qədim köklərə malikdir. Bizi birləşdirən bu mənəvi bağlar bu gün Türk dünyasının siyasi, iqtisadi və humanitar əməkdaşlığının əsasını təşkil edir.
Azərbaycan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır. Primeinfo.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində yer alıb. Azərbaycan Prezidenti bildirib ki, 2026-cı ildə 100 illiyi keçiriləcək Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyası məsələləri ilə bağlı yarımçıq qalmış işlərinin QHT-lərin yaxından iştirakı ilə müasir çağırışlara uyğun davam etdirilməsi də xüsusi aktuallıq kəsb edir.
Vizyonumuz hər zaman Türkiyənin beynəlxalq əməkdaşlıq fəaliyyətləri çərçivəsində ölkələrin iqtisadi, sosial və humanitar inkişafını təşviq etmək, ortaq tarixi və mədəni irs üzərində gələcəyi formalaşdırmaqdır. Primeinfo.az xəbər verir ki, bu sözləri Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin rəhbəri Hayrettin Özçelik Bakıda keçirilən TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumunun açılış mərasimində söyləyib. O qeyd edib ki, bu vizyona uyğun olaraq, Bakı ofisi əməkdaşlıq ruhunu qoruyaraq 2 minə yaxın layihəyə imza atıb: “Təhsildən sağlamlığa, qabiliyyət inkişafından sosial layihələrə qədər müxtəlif sahələrdə fəaliyyət göstərərək, Türk dünyasının qarşılıqlı əlaqələrini genişləndiririk.
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində çoxşaxəli əməkdaşlıqlar var. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin QHT-lərinin Həmrəylik Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu ailə güclənir, möhkəmlənir və həmrəylik daha da artır: “TDT çərçivəsində bizim çoxşaxəli əməkdaşlığımız var.
“Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir”.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb.