Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: tramp

Tramp Müctəba Xamneyini tanımır

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə verdiyi son müsahibəsində İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin legitimliyini və hazırkı statusunu kəskin şəkildə şübhə altına alıb. Ağ Ev rəhbəri Müctəba Xameneinin hazırda harada olduğunun bilinmədiyini, heç bir yerdə görünmədiyini və faktiki olaraq qərar qəbul etmək iqtidarında olmadığını vurğulayaraq, “O, əlçatmazdır, heç kim onunla nə baş verdiyini bilmir, mən onu lider hesab etmirəm” deyə bəyan edib. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, Trampın çıxışında nüvə sazişi ilə bağlı da mühüm detallar yer alıb.

Rza Pəhləvidən Trampla Netanyahuya ÇAĞIRIŞ

İranın sonuncu şahının Amerikada yaşayan oğlu Rza Pəhləvi ABŞ və İsrail rəhbərliyinə müraciət edib. Primeinfo.az xəbər verir ki, Rza Pəhləvi İrandakı rejimin yıxılmasına çağırış edib. “Mən Prezident Trampı və Baş nazir Netanyahunu rejimi və onun repressiya aparatını hədəf almağa davam etməyə, eyni zamanda xalqımızın ölkəni yenidən qurmaq üçün ehtiyac duyduğu İranın həyati əhəmiyyətli mülki infrastrukturunu qorumağa çağırıram.

Pezeşkian Trampı təkzib etdi: "ABŞ-la danışıq aparmırıq"

“İran və ABŞ hər hansı danışıqlar aparmır”. Primeinfo.az xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian özünün Telegram kanalında bildirib. “ABŞ Prezidentinin açıqlamaları enerji qiymətlərini aşağı salmaq və hərbi planlarını həyata keçirmək üçün vaxt qazanmaq cəhdləri kontekstində verilir”, – deyə o bildirib.

Hörmüz böhranı: Tramp İrana 48 saat vaxt verdi

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp 48 saat ərzində Hörmüz boğazı gəmilərin sərbəst keçidi üçün tam açılmayacağı təqdirdə, İranın elektrik stansiyalarına zərbələr endirməyə hazır olduğunu bəyan edib.

Tramp İranı bu dəfə belə hədələdi

“Əgər Hörmüz boğazı 48 saat ərzində açılmasa, ABŞ İranın bir neçə elektrik stansiyasını məhv edəcək”. Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “İran 48 saat ərzində heç bir təhdid olmadan Hörmüz boğazını tam açmasa, ABŞ zərbə endirəcək”, – deyə o vurğulayıb.

Tramp İranı hədələyib

ABŞ Prezidenti Donald Tramp İranı məhv etməklə hədələyib. Primeinfo.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb. Tramp İranda “terror dövləti”nin qalıqlarının məhv ediləcəyi təqdirdə, nə olacağını sual edib və Hörmüz boğazı üçün məsuliyyəti digər ölkələrə həvalə etməyi təklif edib.

Trampdan Xamneyi haqqında: "Ölmüş ola bilər"

ABŞ prezidenti Donald Tramp İran ətrafında yaranmış gərginlik və NATO ilə münasibətlər barədə bir sıra diqqətçəkən açıqlamalar verib. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, Tramp çıxışında həm İranla bağlı mövqeyini açıqlayıb, həm də NATO ölkələrinə kəskin iradlar bildirib. Trampın sözlərinə görə, ABŞ uzun illər ərzində NATO ölkələrinin təhlükəsizliyi üçün böyük maliyyə xərcləri çəkib, lakin çətin məqamda alyans Vaşinqtonun yanında dayanmayıb.

Tramp Putinin İranla bağlı təklifini RƏDD EDİB

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin İranla bağlı təklifini rədd edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Axios”un məlumatında deyilir. Qeyd edilir ki, Putin tərəfindən irəli sürülən təklif belə olub: İranın zənginləşdirilmiş uranı Rusiyaya göndərilsin, bunun müqabilində isə ABŞ və İsrailin İrana qarşı hucumlarına son qoyulsun.