İtaliya, Türkiyə və ABŞ-ın hava və quru qoşunları arasında hərbi təlim keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə NATO məlumat yayıb. Bildirilib ki, havadan müdafiə potensialının gücləndirilməsi məqsədilə hər üç ölkədən olan hava və quru qüvvələri İtaliyada hərbi təlim keçirib.
“Macarıstanı əhatə edən dünyaya baxdığımda güclənən tərəf kimi Türk dünyasını görürəm”.
Türkiyə futbolunda mərc ittihamları ilə bağlı aparılan istintaq çərçivəsində məsuliyyətə cəlb edilən 20 nəfər həbs edilib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, məhkəmə aralarında hakim Zorbay Küçük, futbolçular Salih Malkoçoğlu və Tolqa Kalenderin də olduğu 19 şübhəlini sərbəst buraxıb. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırmada bir sıra futbol hakimləri, oyunçular və klub rəsmilərinin də mərc fəaliyyətlərinə qarışdığı iddia olunur.
Türkiyədə futbolda mərc oyunları ilə bağlı istintaq çərçivəsində saxlanılan keçmiş hakim və şərhçi Ahmet Çakar sərbəst buraxılıb. Primeinfo.az xəbər verir ki, bu barədə TGRT Haber məlumat yayıb.
Türkiyənin Antalya vilayətindəki Serik şəhərində 4,9 maqnitudada zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb. Yeraltı təkanın ocağı 28,25 km dərinlikdə yerləşib.
“Dolald Trampın həyata keçirmək istədiyi siyasət Türkiyənin maraqları ilə üst-üstə düşür”. Primeinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada keçirilən 23-cü “Doha Forumu”nda çıxışı zamanı səsləndirib. Nazir, Türkiyənin ilk növbətə Ukraynada atəşkəs tələb etdiyini bildirib: “Avrasiya bölgəsində bir çox çətinliklərlə üz-üzəyik.
“Türkiyənin Cənubi Qafqazda fəal mövqe tutması vəziyyəti bizim xeyrimizə dəyişib”. Primeinfo.az xəbər verir ki, bunu tarixçi-alim Paşa Həsənli Prime TV-nin “Milli fikir” verilişində deyib. Azərbaycanın yaxın keçmişinə nəzər salan Paşa Həsənlinin sözlərinə görə, 1920-ci ildən sonra Qafqaz regionunda vəziyyət çox dəyişib: “Türkiyə Qafqazda Rusiyanı üstələməsə də, özünə yer etməyə başlayıb.
İstanbulda jandarma qrupları tanınmış şəxslərə qarşı narkotik əməliyyatı keçirib. Primeinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, müxtəlif televiziya kanallarında xəbər təqdim edən Ela Rumeysa Cebeci, Meltem Acet və Hande Sarıoğlu saxlanılıb. Ankarada saxlanılan Hande Sarıoğlunun İstanbula gətirildiyi qeyd olunub.
Türkiyədə futbolda mərc qalmaqalı ilə bağlı aparılan genişmiqyaslı araşdırma çərçivəsində yeni əməliyyat keçirilib.
NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası Türkiyənin Ankara şəhərində keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin 2026-cı ildə keçiriləcək vacib tədbirlərlə bağlı brifinqdə məlumat verilib. Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri Tuğamiral Zeki Aktürk bildirib ki, NATO-nun 3 önəmli tədbiri Türkiyədə baş tutacaq.