Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkiyə

Türkiyədə 4.3 bal gücündə zəlzələ

Türkiyədə 4.3 bal gücündə zəlzələ

Türkiyənin Ağrı vilayətində 4.3 maqnitudalı zəlzələ olub. Primeinfo.az xəbər verir ki, bu barədə AFAD (Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi) məlumat yayıb. Qeyd edilib ki, zəlzələ ocağı 13,43 km dərinlikdə yerləşib.

Türkiyədə əməliyyat: Yük gəmisində 106 kiloqram kokain tapıldı

Türkiyədə əməliyyat: Yük gəmisində 106 kiloqram kokain tapıldı

Türkiyədə təhlükəsizlik qüvvələri Panama bayrağı altında üzən yük gəmisində 106 kiloqram kokain aşkarlayıblar. Primeinfo.az DHA agentliyinə istinadən xəbər verir ki, narkotik maddələrin ələ keçirilməsi əməliyyatında Türkiyənin Milli Kəşfiyyat Təşkilatı, Jandarmeriya və Sahil Mühafizə Qüvvələrinin əməkdaşları birgə iştirak ediblər. Bildirilir ki, sözügedən gəmi Kocaeli sahillərindən İstanbul istiqamətində hərəkət edərkən Sahil Mühafizə Qüvvələri tərəfindən dayandırılıb.

Şimali Makedoniya Prezidenti: "Azərbaycanla müxtəlif sahələrdə hədəflərimiz var"

Şimali Makedoniya Prezidenti: "Azərbaycanla müxtəlif sahələrdə hədəflərimiz var"

Azərbaycanla hazırda enerji, informasiya texnologiyaları, turizm və mədəniyyət sahələrində əməkdaşlığımız prioritetlərimiz sırasındadı . Bunu Antalya Diplomatiya Forumunda iştirak edən Şimali Makedoniyanın Prezidenti Qordana Siljanovska-Davkova Primeinfo.az-ın Türkiyə bürosuna açıqlamasında bildirib. O, deyib ki, Azərbaycanla Şimali Makedoniyanın münasibətləri çox yaxşıdır və bu münasibətlərin daha da inkişaf edəcəyinə inanır.

Türkiyədə məktəblərə silahlı hücumlardan sonra bu serialların ssenariləri dəyişdirildi - FOTO

Türkiyədə məktəblərə silahlı hücumlardan sonra bu serialların ssenariləri dəyişdirildi - FOTO

Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində məktəblərə silahlı hücumlardan sonra cinayət, şiddət və zorakılıq motivli bəzi serialların yeni bölümlərinin nümayişi dayandırılıb. Primeinfo.az bu barədə Türkiyə KİV-nə istinadən bildirir. Məlumata görə, “Yeraltı”, “Eşref Rüya”, “A.B.İ.” və “Taşacak Bu Deniz” kimi serialların ssenarilərində ciddi dəyişikliklər ediləcək.

Türkiyədə daha bir şagird məktəbə silahla gəldi

Türkiyədə daha bir şagird məktəbə silahla gəldi

Türkiyənin Mersin vilayətinin Tarsus rayonundakı məktəbdə bir şagirdin silah gəzdirdiyi görülüb. Primeinfo.az xəbər verir ki, “Cümhuriyet” qəzetinin məlumatına görə, hadisə yerinə dərhal polis çağırılıb. Polis əməkdaşları məktəbə gəlib, silahı müsadirə edib və şagirdi saxlayaraq polis bölməsinə aparıblar.

Məktəblərə autist hücum

Məktəblərə autist hücum

Urfa və Maraş məktəblərində baş verənlər dəhşətlidir. Allah həlak olanların ailələrinə səbr versin. Bakıda – İdrak liseyindəki olay qədər təsirləndik.