Türkiyənin Üsküdar Bələdiyyəsinin sədri Sinem Dedetaş və daha beş nəfər rüşvət və korrupsiya iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu məlumat yayıb. İstintaq Üsküdar Bələdiyyəsində tikinti və istismar icazələrinin verilməsi prosesində qanun pozuntularına yol verildiyi barədə daxil olan şikayətlər, zərərçəkənlərin ifadələri və istintaqla əməkdaşlıq edən şübhəlilərin ifadələri əsasında başlanıb.
Türkiyənin Batman vilayətində hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rayon təşkilatının sədri Mehmet Direk, onun oğlu və qardaşı oğlu silahlı hücum nəticəsində öldürülüb.
İrlandiyanın paytaxtı Dublində türklərin istifadə etdiyi Sultan Məcid Təhsil Mərkəzi və Məscidi hücuma məruz qalıb. Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. “Sultan Məcid Təhsil Mərkəzi və Məscidinə cümə namazı zamanı girməyə çalışan ifrat sağçı bir şəxs, mühafizəçiyə yumruq vurub”, – məlumatda bildirilib.
Türkiyənin şimalındakı Kastamonu vilayətində şiddətli leysan yağışları sel və daşqınlara səbəb olub. Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, yağışla bağlı narıncı xəbərdarlıq verilən vilayətin Cide rayonunda Devrekani çayı daşıb. Sel nəticəsində bir çox evlər, iş yerləri və avtomobillər sular altında qalıb.
Kütahya, Aydın və İstanbulun Çatalca rayonunda meşə yanğınları başlayıb.
Bu gün Türkiyədə 15 iyul 2016-cı il tarixində FETÖ terror təşkilatı tərəfindən həyata keçirilən hərbi çevriliş cəhdinin qarşısının alınmasının onuncu ildönümünü qeyd olunur. Primeinfo.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi çevriliş cəhdinin ertəsi günü 15 iyul tarixini “Demokratiya və Milli Birlik Günü” kimi təsis edib və bu gün hər il ölkə üzrə anım tədbirləri ilə qeyd edilir. Ölkənin hər yerində 2016-cı il iyulun 15-də baş vermiş hərbi cinayətin ildönümü ilə bağlı tədbirlər, şəhidlərin anma mərasimləri planlaşdırılıb.
Türkiyə İsrail Baş naziri Benyamin Netanyahunu “qırmızı bülleten”lə axtarışa verib. Primeinfo.az Halk TV-yə istinadən xəbər verir ki, İstanbul Ağır Cinayətlər Məhkəməsi “Sumud flotilyası işi” üzrə Netanyahunun barəsində beynəlxalq axtarış elan edib. Netanyahu və onunla birlikdə təqsirləndirilən şəxslərə bəşəriyyətə qarşı cinayət, soyqırımı, işgəncə, əmlaka zərər vurma, adam oğurluğu və ya qanunsuz həbs, nəqliyyat vasitələrinin hərəkətinə mane olma və digər maddələr üzrə ittiham irəli sürülüb.
Türkiyənin müxtəlif xəstəxana və tibb müəssisələrində uzmanlıq təhsili alan azərbaycanlı asistan həkimlər yeni qanun layihəsi ilə bağlı narahatlıqlarını ictimaiyyətə çatdırıblar.
Türkiyənin Muğla və Diyarbəkir vilayətlərində baş verən meşə yanğınlarının söndürülməsi üçün havadan və qurudan genişmiqyaslı əməliyyat aparılır. Primeinfo.az Anadolu Agentliyi-nə istinadən xəbər verir ki,Muğlanın Hamursuz Təpəsi ərazisində meşə və kənd təsərrüfatı sahəsində yanğın başlayıb. Hadisə yerinə Meşə Regional İdarəsinin və bələdiyyənin yanğınsöndürmə briqadaları cəlb olunub.
Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini Körfəz ölkələrindən birinə satıb.