Türkiyənin İstanbul şəhərində İŞİD terror qruplaşmasına qarşı növbəti əməliyyat keçirilib. Primeinfo.az xəbər verrir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Nazirin sözlərinə görə, ümumilikdə 25 vilayətdə aparılan əməliyyat çərçivəsində 125 nəfər saxlanılıb.
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır. Primeinfo.az xəbər verir ki, Türkiyənin Artvin vilayəti Aksu yaylağında səhər saatlarında qar uçqunu baş verib. Yaylaqda olan 6 çobandan 3-ü uçqun altında qalıb.
Türkiyə Müdafiə Nazirliyi Suriya Demokratik Qüvvələrinə növbəti dəfə xəbərdarlıq edib. Primeinfo.az-ın xəbərinə görə, nazirliyin açıqlamasında Suriya Demokratik Qüvvələrinin (SDG) mərkəzi hakimiyyətə inteqrasiya olunması istiqamətində addımlar atmadığı qeyd olunub. Bildirilib ki, SDG desentralizasiya və federalizm tələblərini səsləndirməyə davam edir və mərkəzi hakimiyyətə inteqrasiya olunması istiqamətində addım atmır?
İstanbulun Florya sahillərində biri Azərbaycan, digəri isə Türkiyə bayrağı altında üzən iki tankerdən “həyəcan siqnalı” alınıb.
Yanvarın 1-dən etibarən Ermənistan və Türkiyənin diplomatik pasport sahibləri üçün viza verilməsi prosesi sadələşdiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, diplomatik, xidməti və xüsusi pasport sahibləri artıq elektron vizaları (e-vizalar) pulsuz əldə edə biləcəklər.
Türkiyədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. Primeinfo.az xəbər verir ki, hadisə Aydın şəhərinin Efeler rayonunda qeydə alınıb. Məlumata görə iki avtomobilin toqquşması zamanı 7 nəfər xəsarət alıb.
Dünən Ankara yaxınlığında qəzaya uğrayan və göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın da olduğu “Falcon 50” uçağının qara qutusu tapılıb.
Türkiyədə 2026-cı il üçün minimum əməkhaqqı 28 min 75 tl (1114 manat) olub. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin əmək və sosial təminat naziri Vedat Işıkhan məlumat verib. Nazir bildirib ki, ötən illə müqayisədə minimum əməkhaqqı 27 faiz artırılıb.
Türkiyədə yol qəzasında 13 nəfər xəsarət alıb. Primeinfo.az xəbər verir ki, hadisə Niğde şəhərində qeydə alınıb. Məlumata görə, xidməti avtobusla yük avtomobilinin toqquşması nəticəsində 13 nəfər yaralanıb.
Türk Hava Yolları (THY) gələn ildən İstanbuldan İrəvana müntəzəm uçuşlara başlayacaq.