
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Azərbaycanın şəhid ailələri üçün təşkil edilən Türkiyə səfəri başlayıb.
Primeinfo.az-a bu barədə TİKA-dan məlumat verilib.
Səfər çərçivəsində İstanbul və Çanaqqala şəhərlərinin tarixi məkanlarının, şəhidliklərin ziyarət olunması, eyni zamanda, qardaş xalqlar arasında ortaq dəyərlərin inkişafı istiqamətində qarşılıqlı görüşlərin keçirilməsi nəzərdə tutulur.