Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkiyə

Türkiyədə kadr islahatları: iki nazir işdən ÇIXARILDI

Türkiyədə kadr islahatları: iki nazir işdən ÇIXARILDI

Türkiyədə hökumətdə bir sıra kadr dəyişiklikləri aparılıb. Daxili İşlər və Ədliyyə nazirliklərinə yeni rəhbərlər təyin edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fərman imzalayıb.

Müəllim 24 şagirdə təcavüz edib - ŞOK HADİSƏ

Müəllim 24 şagirdə təcavüz edib - ŞOK HADİSƏ

Türkiyənin Kocaeli vilayətindəki orta məktəbdə şok hadisə aşkarlanıb. Primeinfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, vilayətin Dilovası rayonunda bir il işlədiyi liseydə 24 qız şagirdə cinsi təcavüz etməkdə ittiham olunan müəllim həbs edilib. Mübeccel Çolakoğlu Liseyində bir neçə qız şagird valideynlərinə müəllimləri M.O.-nun onlara cinsi təcavüz etdiyini söylədikdən sonra vəziyyət məktəb rəhbərliyinə bildirilib.

Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub

Bu gün Türkiyədə daha bir zəlzələ olub. Primeinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, 4.9 maqnitudalı zəlzələ Ərzincan ərazisində olub, yeraltı təkan 4.52 km dərinlikdə baş verib.

Ərdoğan və Pezeşkian telefonla nə danışıblar?

Ərdoğan və Pezeşkian telefonla nə danışıblar?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Primeinfo.az bu barədə “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, telefon danışığı zamanı ikitərəfli münasibətlər və bölgədə artan hərbi gərginlik müzakirə edilib.

Ərdoğan Mirziyoyevi hava limanında qarşıladı

Ərdoğan Mirziyoyevi hava limanında qarşıladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər çərçivəsində Türkiyəyə gələn Özbəkistan Prezidenti Şövkət Mirziyoyevi Esenboğa Hava Limanında çiçəklərlə qarşılayıb. Primeinfo.az xəbər verir ki, qarşılama mərasimində iki lider bir müddət söhbət ediblər. Səfər çərçivəsində Türkiyə ilə Özbəkistan arasında siyasi və iqtisadi əlaqələrin müzakirə olunacağı gözlənilir.

Azərbaycan-Türkiyə arasında yeni razılaşma: Dəmir yolu sahəsində əməkdaşlıq inkişaf etdiriləcək

Azərbaycan-Türkiyə arasında yeni razılaşma: Dəmir yolu sahəsində əməkdaşlıq inkişaf etdiriləcək

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Türkiyə Dövlət Dəmir Yolları (TCDD) arasında Anlaşma Memorandumu imzalanıb. Primeinfo.az xəbər verir ki, ADY sədri Rövşən Rüstəmov və TCDD İdarə Heyətinin sədri və baş direktoru Veysi Kurt tərəfindən imzalanan memorandumda məqsəd dəmir yolu sektorunda əməkdaşlığın inkişaf etdirilməsidir. Sənədə əsasən infrastrukturun inkişafı, hərəkətin idarə edilməsi, birgə innovativ həllərin tətbiqi, kadr hazırlığı, eləcə də məlumat mübadiləsi üzrə əməkdaşlıq həyata keçiriləcək.