Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkiyə

Türkiyə Azərbaycandan elektrik enerjisi idxalını artırıb

Türkiyə Azərbaycandan elektrik enerjisi idxalını artırıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə təqribən 594,193 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib. Primeinfo.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 36,045 milyon ABŞ dolları olub. Türkiyəyə elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 174,008 milyon kVt/saat və ya 41,4%, dəyər ifadəsi ilə 9,3 milyon ABŞ dolları, yaxud 34,9% artıb.

Türkiyədə güclü zəlzələ baş verib

Türkiyədə güclü zəlzələ baş verib

Türkiyənin Balıkəsir vilayətinin Sındırğı bölgəsində 4,5 bal gücündə zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, yeraltı təkan yerli vaxtla 18:11-də alınıb. Zəlzələ ilə bağlı hələlik dağıntı və ya xəsarət alanlar barədə rəsmi məlumat açıqlanmayıb.

Türkiyədə Bosfor boğazından kişi meyiti tapıldı

Türkiyədə Bosfor boğazından kişi meyiti tapıldı

Türkiyənin Bosfor boğazında şəxsiyyəti müəyyən edilməmiş bir kişi meyiti tapılıb. Primeinfo.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, dəniz polisi bunun itkin düşmüş rusiyalı üzgüçü Nikolay Sveçnikov ola biləcəyini ehtimal edir.

Yeni müsəlman ittifaqı yaradılır

Yeni müsəlman ittifaqı yaradılır

Türkiyə müdafiə və təhlükəsizlik sahələrində Pakistan və Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq platformasının formalaşdırılmasına çalışır. Primeinfo.az “Hürriyyət” qəzetinə istinadla xəbər verir ki, bu təşəbbüslə bundan əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib. Nəşrin yazdığına görə, regionda sabitliyin möhkəmləndirilməsi və kənar müdaxilələrin qarşısının alınması məqsədi daşıyan birgə mexanizmlərin yaradılmasına səy göstərilir.

Türkiyə prokuror və hakimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir - FOTO

Türkiyə prokuror və hakimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir - FOTO

Yanvarın 16-da İstanbul şəhəri Baş prokurorunun müavini Can Tuncayın rəhbərlik etdiyi prokuror və hakimlərdən ibarət nümayəndə heyətinin Azərbaycan Respublikasına, o cümlədən Bakı şəhərinə işgüzar səfəri reallaşdırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səfərin məqsədi prokurorluq orqanları arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, institusional təcrübə mübadiləsinin aparılması və hüquqi sahədə əlaqələrin daha da möhkəmləndirilməsi olub.

Erməni spiker Türkiyə XİN rəhbərinə təşəkkür etdi

Erməni spiker Türkiyə XİN rəhbərinə təşəkkür etdi

Türkiyənin xarici işlər nazirinə və bütün regional tərəfdaşlara təşəkkürümü bildirirəm. Primeinfo.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu yanvarın 16-da jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. “Ermənistanda ictimaiyyət arasında çoxluğun sülhün irəlilədilməsi, ticarətin həyata keçirilməsi və bu ticarətin TRIPP çərçivəsində inkişaf etdirilməsi çağırışlarını dəstəkləyən Türkiyənin xarici işlər nazirinə və bütün regional tərəfdaşlara təşəkkür edirəm”, – deyə Alen Simonyan bildirib.

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Türkiyənin cənubunda zəlzələ olub. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, Rixter cədvəli ilə 4 bal gücündə olan zəlzələnin episentri Kahramanmaraş vilayətinin Göksun rayonu olub və yeraltı ocağı 7,01 kilometr dərinlikdə qeydə alınıb.