Türkiyə Bolqarıstan və Rumıniya ilə birgə Qara dənizdə təhlükəsizliyi təmin etmək üçün işçi qrupu qurub. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan məlumat verib. Nazir bildirib ki, Qara dənizdə gəmilərə yönəlmiş son hücumlar dəniz ticarətini ciddi təhlükə altında qoyur: “Bolqarıstan, Rumıniya və Türkiyə Qara dənizdə NATO üzvü olan üç ölkədir.
Türkiyə xarici işlər naziri Hakan Fidan NATO xarici işlər nazirlərinin toplantısında əsas müzakirə mövzusu Rusiya və Ukrayna arasında mümkün sülh sazişi məsələsi olduğunu bildirib. Primeinfo.az xəbər verir ki, nazir sülh prosesində Türkiyənin əsas aktorlardan biri kimi fəal rol oynadığını vurğulayıb: “Avropalı həmkarlarımızla bu gün NATO çərçivəsində keçirilən görüşdə əsas müzakirə mövzusu Rusiya-Ukrayna arasında mümkün sülh sazişi və bu istiqamətdə mövcud proseslərin gedişi oldu. Bildiyiniz kimi, Türkiyə Ukrayna sülh danışıqlarında əsas aktor olduğuna görə bu mövzularla bağlı fikrimiz daim soruşulur.
Qara dənizdə həyata keçirilən hücumlar, əslində, Türkiyənin etdiyi xəbərdarlıqlarda nə qədər haqlı olduğunu üzə çıxardı. Çünki bu, savaşın coğrafiyasının genişləndiyini göstərir.
Türkiyə tərəfi Rumıniya Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə döyüş gəmisi satışı müqaviləsini imzalayıb. Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, bununla da Türkiyə ilk dəfə olaraq NATO və Avropa İttifaqı üzvü olan bir ölkəyə döyüş gəmisi satışı gerçəkləşdirib. Belə ki, Türkiyə müdafiə sənayesinin ASFA şirkəti keçən il inşası tamamlanan “Akhisar” gəmisinin Rumıniya Hərbi Dəniz Qüvvələri Komandanlığına ixracını uğurla həyata keçirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Report” Türkiyənin Kommunikasiya İdarəsinə istinadən bildirib. Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.
“Bu gün Qara dənizdə Türkiyənin gücü Rusiyadan qat-qat artıqdır”.
Dekabrın 4-dən etibarən “CineMastercard” kinoteatrlar şəbəkəsində “Soyut dışavurumcu bir dostluğun anatomisi veyahut yan yana” türk komediyasının eksklüziv nümayişi başlayır. Primeinfo.az xəbər verir ki, məşhur fransız filmi “Toxunulmazlar” (1+1) ekran əsərindən ilhamlanan rejissor Mert Baykal bu hekayənin öz versiyasını lentə alaraq onu yeni tərzdə – türk yumoru, hərarəti, insanlar arasındakı münasibətlərə müasir baxış bucağı ilə təqdim edib. Filmdə baş rolları Haluk Bilginer, Feyyaz Yiğit, Hatice Aslan, Bige Önal və Şevval Sam oynayır.
Türkiyə millisinin, “Fənərbağça” və “Beşiktaş” klublarının sabiq futbolçusu Gökhan Gönül saxlanılıb. Primeinfo.az xəbər verir ki, 40 yaşlı keçmiş müdafiəçi səhm bazarındakı bəzi əməliyyatlarda manipulyasiya iddiaları ilə başladılan istintaq çərçivəsində tutulub. İstanbul Baş Prokurorluğu beş bölgədə əməliyyat keçirib və ümumilikdə 12 nəfəri saxlayıb.
Türkiyənin müxtəlif bölgələrində Fətullah Gülən Terror Təşkilatı (FETÖ) ilə əlaqəsi olan 120-dən çox şübhəli tutulub. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” platformasında məlumat verib. Nazirin sözlərinə görə, son iki həftə ərzində FETÖ-yə qarşı aparılan əməliyyatlar zamanı 121 şübhəli tutulub.
Gürcüstana yağ daşıyan Rusiya tankeri Türkiyə sahilləri yaxınlığında hücuma məruz qalıb Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan MIDVOLGA-2 adlı Rusiya tankeri Türkiyənin Qara dəniz sahillərindən 80 mil məsafədə hücuma məruz qalıb. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri bu ölkənin nəqliyyat və infrastruktur nazirliyinə istinadən məlumat yayıb. 13 nəfərlik ekipajdan ibarət gəmi kömək istəməyib.