Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkiyə

Ərdoğan qəzaya uğrayan təyyarənin qara qutusundan danışdı

Gürcüstanda qəzaya uğrayan hərbi təyyarənin qara qutunun araşdırılması nəticəsində 20 canımızı itirdiyimiz bu faciənin səbəbini daha aydın şəkildə görə biləcəyik. Primeinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan nəticələr əldə olunduqdan sonra ictimaiyyətə məlumat veriləcəyini qeyd edib.

Rusiya bu dəfə Türkiyəni hədəfə aldı - Təxliyə başladı

Rumıniyada Ukrayna ilə sərhəddə yerləşən yaşayış məntəqəsindən sakinlərin təxliyəsinə başlanılıb. Buna səbəb Rusiya tərəfindən Odessa vilayətinin cənubuna endirilən dron hücumu nəticəsində sıxılmış qaz daşıyan Türkiyə gəmisində baş verən yanğın olub. Primeinfo.az-ın məlumatına görə, “Euronews” yazır ki, hadisə Ukrayna sərhədi yaxınlığında yerləşən Plauru qəsəbəsində baş verrib.

Ərdoğan: "Türkiyə Şimali Kipri heç vaxt tək qoymayacaq"

  Türkiyə Şimali Kipr Türk Cümhuriyyətini heç vaxt tək qoymayacaq. Primeinfo.az TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 42-ci ildönümü ilə bağlı təbrik mesajında bildirib. “Milli mübarizəmiz Kipri ​​heç vaxt tək qoymayacaq və Kiprin Türk xalqı ilə həmrəyliyimizi hər sahədə gücləndirməyə davam edəcəyik”, – Türkiyə lideri qeyd edib.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 4,1 bal gücündə zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, məlumatı AFAD yayıb. Bakı vaxtı ilə saat 4:04-də baş verən zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.

Türkiyə və Rusiya arasında məsləhətləşmələr aparılıb

Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Ankarada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankinlə məsləhətləşmələr aparıb. Primeinfo.az xəbər verir ki, görüşdə iqtisadi və maliyyə institutlarındakı vəziyyət, xüsusilə də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), G20 və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər həmçinin enerji və əmtəə bazarlarındakı son vəziyyət, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi və beynəlxalq platformalarda əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb.

Ötən gün vəfat edən Muazzez Abacının sərvəti - AÇIQLANIB

Türkiyənin tanınmış müğənnisi Muazzez Abacı ötən gün ABŞ-də vəfat edib. Primeinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərhum müğənninin təxminən 50 milyard 700 milyon lirə (2 milyard 38 milyon manat) sərvətinin olduğu bildirilir. Abacının Tuzlada bir villası, Kuzquncuk və Şişlidə mənzilləri, bank hesablarında böyük məbləğdə nağd pul və iki avtomobilinin olduğu qeyd olunur