“Çalışacaqlar ki, region dövlətlərini, o cümlədən Türkiyəni, Azərbaycanı da savaşa qatsınlar. Lakin düşünürəm ki, ən doğrusu indiki məqamda bu savaşa qarışmamaq və tərəf olmamaqdır. Hər halda biz paralel olaraq türk dövlətlərinin güclənməsinə nail olmalıyıq”.
Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri ilə görüşüb
İran İsrailin Cənub Pars qaz yatağına zərbələrindən sonra Türkiyəyə qaz ixracını dayandırıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb. Bildirilib ki, Türkiyə qaz tələbatının təxminən 14%-ni İran qazı hesabına təmin edir, lakin qısa müddətdə bu itkini Rusiya və Azərbaycan qazı, həmçinin ehtiyatları hesabına kompensasiya edə bilər.
Embarqolar, güc və caydırıcılığın real anatomiyası Son dövrlərdə belə bir tezis dövriyyəyə buraxılır ki, İranla qarşıdurmadan sonra növbəti hədəf Türkiyə ola bilər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə və Qətərin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al Taniyə başsağlığı verib. Primeinfo.az xəbər verir ki, aşsağlığında deyilir: “Qətər-Türkiyə Birləşik Müştərək Qüvvələr Komandanlığı çərçivəsində təlim uçuşu həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopterin texniki nasazlıq səbəbindən dənizə düşməsi, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbi qulluqçusunun, ASELSAN şirkətinin iki texniki əməkdaşının və Qətər Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusunun həlak olması xəbəri məni dərindən kədərləndirdi. Həlak olanlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
İstanbulun Fatih rayonunda bina çöküb.
Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Primeinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından gələn yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan olunmayan 10449 konvalyut, 1269 qutu, 848 flakon və 68 ədəd iynə olmaqla müxtəlif adda külli miqdarda dərman preparatları aşkar olunub.
Çanaqqala Zəfərinin 111-ci ildönümüdür.
Ermənistan parlamentinin spikeri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti İstanbula səfər edəcək. Primeinfo.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin saytında məlumat verilib. Parlamentin deputatları aprelin 16-19-da Parlamentlərarası İttifaqın iclasında iştirak edəcəklər.
Bölgədə artan gərginlik fonunda NATO-nun “Patriot” Hava Hücumundan Müdafiə Sistemi Türkiyənin Malatya şəhərində yerləşdirilib.