Türkiyəli ağırlıqqaldıran Yusuf Fehmi Genc Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib. Primeinfo.az xəbər verir ki, bunu “Report”un Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada ezam olunan əməkdaşına açıqlamasında türkiyəli idmançı bildirib. 73 kq çəki dərəcəsində İslamiadanın qalibi olan atlet 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatında yaşananları xatırlayıb: “Öncəliklə onu demək istəyirəm ki, mən 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatının qalibi olmuşdum və medalımı Azərbaycan xalqına həsr etmişdim.
Türkiyədə “BeİN Sports” televiziyasına binasına silahlı basqın olub. Primeinfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, hazırda binada vəziyyətin gərgin olduğu bildirilir. Məlumata görə, basqını edən silahlı şəxsi görən polislər binaya daxil olublar.
Azərbaycanda da maraqla izlənilən Türkiyənin “Gönül dağı” serialına iki yeni aktrisa daxil olacaq. Primeinfo.az xəbər verir ki, “TRT1” kanalında yayımlanan ekran işində aktrisalar Çağla Özavcı (Nazar) və Arzu Susantez (Nergis) rol alacaq. Qeyd edək ki, serialda baş rolları Bərk Atan, Ecem Özkaya, Nazlı Pınar Kaya, Cihat Süvarioğlu və Semih Ertürk oynayır.
Türkiyədə 600-ə qədər futbolçu qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində dindiriləcək. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, İnterpol da artıq Türkiyə hüquq-mühafizə orqanlarının apardığı istintaqla maraqlanıb. İttiham aktına əsasən, Türkiyədə futbolçular, məşqçilər və menecerlər Albaniya, Bolqarıstan və Şimali Kiprdə fəaliyyət göstərən saytlarda qanunsuz mərc oyunlarında iştirak ediblər.
“Azərbaycanla koordinasiyalı formada Ermənistanla normallaşma prosesini davam etdiririk”.
Bakıda keçirilən hərbi paradda aviasiya dəstələrinin nümayiş uçuşları həyata keçirilib. Primeinfo.az xəbər verir ki, Azərbaycan, Türkiyə və Pakistan bayraqlarını daşıyan helikopter üçlüyünə Hərbi Hava Qüvvələrinin komandanı, general-leytanant Namiq İslamzadə və polkovnik Rəşad Nadirov başçılıq edib. https://www.youtube.com/watch?v=VTAcfJydhwI
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, o, bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib. “Dost və qardaş ölkə Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 9 Noyabr – Bayraq Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, o, bunu noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxışı zamanı deyib.
Türkiyənin Kocaeli vilayətinin Dilovası rayonunda yerləşən ətir anbarında güclü yanğın baş verib. Primeinfo.az Axar.az-a istinadən xəbər verir ki, Mimar Sinan küçəsində baş verən yanğın nəticəsində altı nəfər ölüb, bir nəfər yaralanıb. Səbəbi məlum olmayan yanğın tez zamanda güclənib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, Türkiyə lideri 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda keçiriləcək mərasimdə iştirak edəcək.