ABŞ Dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Maykl Riqas noyabrın 27-dən dekabrın 5-nə qədər Türkiyə, İraq və İsraili ziyarət edəcək. Primeinfo.az, bu barədə ABŞ Dövlət Departamenti xəbər verib. Riqas Türkiyədə, Birinci Nikeya Şurasının 1700-cü ildönümü münasibətilə keçiriləcək mərasimdə ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.
Türkiyənın Şanlıurfa şəhərində məhkəmə binasında baş verən partlayış nəticəsində dörd nəfər yaralanıb. Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib. Onun sözlərinə görə, partlayış zamanı məhkəmə katibi də yaralanıb.
İstanbul bələdiyyəsində korrupsiya işi ilə bağlı ittihamnamə məhkəmə tərəfindən qəbul edilib. Primeinfo.az bu barədə “TRT Haber”ə istinadən bildirir. Məlumata görə, İstanbulun sabiq meri Ekrem İmamoğlu ilə əlaqədar aparılan istintaq çərçivəsində məhkəmə 402 şübhəliyə, o cümlədən həbsdə olan 105 şəxsə qarşı ittihamnamə qəbul edib.
Türkiyənin Kassasiya Məhkəməsi sosial şəbəkələrdə qarşı cinsə məxsus foto və paylaşımları bəyənməyin ailə etimadına zərər vurduğunu və boşanma üçün əsas təşkil etdiyini rəsmən təsdiqləyib. Primeinfo.az Axsam.az-a istinadən xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb. Hadisə Kayseri şəhərində bir cütlüyün qarşılıqlı boşanma iddiası zamanı üzə çıxıb.
Türkiyənin Şırnak vilayətində ağır yol qəzası baş verib. Primeinfo.az “Habertürk”ə istinadən xəbər verir ki, Silopi rayonunda yanacaqdaşıyan maşınla tələbələrin olduğu avtobus toqquşub. Hadisə nəticəsində avtobus sürücüsü və 13 tələbə yaralanıb.
Türkiyə və Cənubi Koreya birgə atom elektrik stansiyası (AES) inşa edəcək.
Noyabrın 24-də Cənubi Koreya prezidenti Lee Jae-myung-un Türkiyəyə rəsmi səfəri başlayıb. Primeinfo.az xəbər verir ki, Türkiyən Prezidenti Rəcəb Tayyib Ərdoğan ali qonağı prezident sarayında rəsmi mərasimlə qarşılayıb. Daha sonra dövlət başçılarının ikitərəfli görüşü başlayıb.
Türkiyədə daha 43 nəfər qidadan zəhərlənib. Primeinfo.az xəbər verir ki, bu barədə ölkə mətbuatında məlumat yayılıb. Belə ki, Sakarya vilayətində qızlar yataqxanasında yaşayan 23 tələbə küçədə yedikləri qidadan sonra özlərini pis hiss ediblər.
Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda 3,8 bal gücündə zəlzələ qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə zəlzələ yerli vaxtla saat 00:29-da baş verib.
Türkiyədə 54 şagird qidadan zəhərlənib. Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, Koceli şəhərində özəl bir liseydə 14 şagird bufetdən aldıqları toyuq məhsulunu yedikdən sonra özlərini pis hiss ediblər. Rize şəhərində isə qızlar yataqxanasında 40 şagird yedikləri yeməkdən zəhərlənib.