Ötən gecə Qara dənizdə partlayışın baş verdiyi VİRAT gəmisi Türkiyəyə aparılır. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Dənizçilik Baş İdarəsindən bildirilib Qeyd olunub ki, gəminin təhlükəsiz yerə aparılması işlərinə bu gün saat 17:45-də (Türkiyə vaxtı ilə) başlanılıb. Gəminin dekabrın 1-də günorta saat 1 radələrində Türkiyəyə çatacağı bildirilir.
Roma Papası XIV Leonu Türkiyəyə aparan “İTA Airways” şirkətinə məxsus “Airbus A320” təyyarəsində problem aşkarlanıb.
Türkiyədə səfərdə olan Roma Papası XIV Leo Sultan Əhməd məscidini və Yeşilköydə yerləşən Mor Efrem Süryani Kadim Ortodoks Kilsəsini ziyarət edib. Primeinfo.az Haber Global-a istinadən xəbər verir ki, ziyarət zamanı XIV Leo-ya məscidin tarixi və memarlığı izah edilib. Papa XIV Leo ilk dəfə bu məscidə gəldiyini və bu vəzifəyə təyin olunduqdan sonra ziyarət etdiyi ilk məscidin Sultan Əhməd məscidi olduğunu qeyd edib.
Türkiyədə azərbaycanlı kişinin meyiti tapıldı. Primeinfo.az lent.az-a istinadən xəbər verir ki, hadisə Antalyanın Fikine qəsəbəsindəki binalardan birində qeydə alınıb. Binanın birinci mərtəbəsindən kəskin qoxu hiss edən sakinlər polisə məlumat veriblər.
Qara dənizdə “VİRAT” adlı tanker zərbə alıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Gəmiçilik Baş İdarəsi məlumat yayıb. Bildirilib ki, tanker 35 dəniz mili məsafədə ikən zərbə aldığı barədə məlumat verib, dərhal xilasedicilər və bir gəmi əraziyə yönləndirilib.
Türkiyə və Ermənistan nümayəndələri Gümrü-Qars dəmir yolunun bərpasını müzakirə ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd olunub ki, bu gün Ermənistanla Türkiyənin müvafiq idarələrinin nümayəndələri iki ölkə arasındakı Akyaka-Axurik sərhəd keçid məntəqəsində və Gümrü şəhərində görüşüblər.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Türkiyə paytaxtına işgüzar səfər edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb. Bildirilib ki, səfər zamanı görüşlərdə Ukraynadakı hərbi münaqişənin həlli müzakirə olunub.
2026-cı ildə Türkiyədə Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumu keçiriləcək.
Roma Papası XIV Leonun Türkiyəyə səfəri bəşəriyyət üçün xüsusi əhəmiyyət daşıyan kritik bir dövrə təsadüf edir. Ölkəmizdə Roma Katolik Kilsəsinin rəhbəri tərəfindən səsləndirilən bəyanatların həm Türk-İslam dünyasında, həm də xristian ölkələrində eşidiləcəyinə və insanların sülhə dair ümidlərini möhkəmləndirəcəyinə inanıram.
Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair anlaşma memorandumu təsdiqlənəcək. Primeinfo.az xəbər verir ki, bununla bağlı layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü onlayn iclasında müzakirə edilib. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirədən sonra parlamentin plenar iclasına tövsiyə olunub.