Roma Papası Türkiyədə - FOTO - VİDEO
Roma Papası XIV Leo Türkiyədə rəsmi səfərdədir. Bu, Roma Papasının Türkiyəyə 11 ildən sonra ilk rəsmi səfəridir.
Roma Papası XIV Leo Türkiyədə rəsmi səfərdədir. Bu, Roma Papasının Türkiyəyə 11 ildən sonra ilk rəsmi səfəridir.
Zəngəzur dəhlizinin açılması Orta Dəhliz boyunca yük daşımalarının həcmini artıracaq. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu bildirib. Onun sözlərinə görə, Orta Dəhliz marşrutu artıq malların Çindən Böyük Britaniyaya 18 günə çatdırılmasına imkan verir ki, bu da dəniz yük daşımalarından xeyli qısadır: “Yüklər Xəzər dənizi vasitəsilə Bakıya, daha sonra isə Tbilisiyə və Türkiyəyə daşınır.
“Zəngəzur dəhlizində işlər 2030-cu ildə başa çatacaq”. Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib. O bildirib ki, Azərbaycan tərəfi Naxçıvan tərəfindəki dəmiryollarını təmir edir və onu Ermənistan sərhədinə qədər çatdıracaq.
Türkiyədə 120 şagird qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Primeinfo.az xəbər verir ki, hadisə Türkiyənin Bingöl vilayətinin Adaklı rayonunda baş verib. Belə ki, buradakı regional internat orta məktəbi və şəhid Hikmət Saydan adına ibtidai məktəbində şagirdlərə verilən naharda ayran, toyuq və plovdan sonra bir sıra şagirdlərdə ürəkbulanma və halsızlıq müşahidə olunub.
“Şuşada keçirilən Birinci Türkiyə-Azərbaycan Beyin Mərkəzləri Forumunda iştirak edən Türkiyə nümayəndə heyəti olaraq Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyevi ziyarət etdik.” Primeinfo.az xəbər verir ki, bu haqda Türkiyənin Strateji Araşdırmalar Mərkəzinin “X” hesabında məlumat verilib. Bildirilib ki, görüş zamanı Türkiyə-Azərbaycan əməkdaşlığının bütün aspektləri, eləcə də regional və qlobal hadisələr müzakirə edilib.
Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Ankarada Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və əməkdaşlıq məsələləri müzakirə olunub.
Tanınmış türkiyəli jurnalist Fatih Altaylı ilə bağlı məhkəmənin qərarı açıqlanıb. Primeinfo.az “TRT Haber”e istinadən bildirir ki, o, 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Fatih Altaylı öz sosial media platformasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğonı təhdid etməkdə ittiham olunur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “istəklilər koalisiyası”nın iclasında ölkəsinin ədalətli və davamlı sülhün tezliklə təmin olunması üçün tərəflərin birbaşa təmaslarını asanlaşdıracaq diplomatik səylərini davam etdirəcəyini vurğulayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran “X” sosial şəəbəkəsində paylaşım edib. B.
Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdurrahman Al Sani, həmçinin Misir Ümumi Kəşfiyyat Xidməti rəhbəri Həsən Rəşat zəmanətçi ölkələr kimi Misirdə görüşüb. Primeinfo.az xəbər verir ki, görüşdə Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinə keçid, ABŞ-la birgə səylərin gücləndirilməsi, atəşkəsin davamlılığını təmin edilməsi və pozuntuların qarşısını almaq üçün Mülki-Hərbi Koordinasiya Mərkəzi ilə koordinasiyanın artırılması müzakirə olunub.
Türkiyə Rusiya ilə Ukrayna arasında ən ideal vasitəçi ola bilər. Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik jurnalistlərə açıqlamasında deyib. “Çünki bir tərəflə danışa bilən dövlət digər ilə danışa bilmir.