Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Primeinfo.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. “Can Azərbaycanın Zəfər Günü mübarək olsun.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Zəfərin 5-ci ildönümü münasibətilə keçirilən bayram tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlib.
Türkiyədə futbol hakimlərinə qarşı qanunsuz mərc oyunları üzrə başladılan istintaq çərçivəsində “Kasımpaşa” futbol klubunun keçmiş sahibi Turgay Cinerlə keçmiş prezident Mehmet Fatih Saraç da saxlanılıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə NTV məlumat yayıb. “Eyüpspor”un prezidenti Murat Özkayanın da saxlanıldığı bildirilir.
7 noyabrdan etibarən “CineMastercard” kinoteatrlar şəbəkəsində türk ailəvi dram janrında olan və real hadisələr əsasında çəkilmiş “Bi Umut” filminin eksklüziv nümayişi başlayır. Primeinfo.az-a kinoteatrdan verilən məlumata görə, ekran əsəri xəstəxanada ailəsiz və dəstəksiz qalan rus gəncə on il boyunca analıq edən türkiyəli Gülsüm Kabadayının gerçək həyatından bəhs edir. Filmdə insan mərhəmətindən, ana sevgisindən və empatiyanın gücündən söz açılır.
Türkiyədə İstanbul Baş Prokurorluğunun məşhur simalara qarşı aparılan narkotik istintaqı çərçivəsində 7 məşhurun test nəticələri neqatib çıxıb. Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, məhkəmə-tibb ekspertizasının analizlər nəticəsində hazırladığı hesabatda tanınmış simalar – Hadisə Açıkgöz, Mert Yazıcıoğlu, Demet Evgar, Özge Özpirinçci, Meriç Aral, Ceren Moray və Duyqu Özaslanın qanlarında narkotik maddə aşkarlanmadığından, onlarla bağlı açılan cinayət işinə xitam verilib. Qeyd edək ki, Dilan Polat, Derin Talu, Berrak Tüzünataç, Deren Talu, Birce Akalay, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırımın qan və saç nümunələrində narkotik maddə aşkarlanıb.
Noyabrın 8-də Zəfər Günü münasibətilə Bakıda keçiriləcək hərbi paradda Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcısı iştirak edəcək.
İstanbul Baş Prokurorluğu “İmamoğlu işi” üzrə aparılan istintaq çərçivəsində 6 nəfərin ifadəsinin alınması barədə İstanbul Polis İdarəsinə göstəriş verib. Primeinfo.az bu barədə Cumhuriyet.com-a istinadən xəbər verir. Prokurorluğun açıqlamasına əsasən, ifadə verəcək şəxslər arasında tanınmış jurnalistlər Soner Yalçın, Şaban Sevinç, Aslı Aydıntaşbaş, Ruşen Çakır, Yavuz Oğhan və Batuhan Çolak var.
“Qəhrəman Azərbaycan Ordusunun 5 il öncə qazandığı şanlı Qarabağ zəfərini Türkiyə də qürurla qeyd edir”.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Finlandiyada səfərdə olub. O, finlandiyalı həmkarı Elina Valtonen ilə görüşüb və birgə mətbuat konfransı keçirib. Primeinfo.az xəbər verir ki, nazir çıxışında bildirib ki, Qəzzaya humanitar yardımlar kifayət qədər deyil və bu istiqamətdə işlər davam edir.
Türkiyə Diyarbəkirdə neft hasilatına başlayacaq. Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar deyib. “Bu, ölkənin artan tələbatı ödəmək üçün enerji istehsalını inkişaf etdirmək səylərinin bir hissəsidir.