Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkiyə

Türkiyə Şimali Kiprə 6 ədəd F-16 döyüş təyyarəsi yerləşdirdi

“Bölgəmizdə baş verən son hadisələr fonunda Şimali Kipr Türk Respublikasına (ŞKTR) təhlükəsizliyinin artırılmasına yönəlmiş mərhələli planlaşdırma çərçivəsində 6 ədəd F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri bu gündən etibarən KKTC ərazisinə yerləşdirilib”. Primeinfo.az xəbər verir ki, bu, Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda əksini tapıb. Bildirilib ki, baş verən hadisələrin inkişafından asılı olaraq aparılacaq qiymətləndirmələrin nəticəsinə əsasən, zərurət yarandığı halda əlavə tədbirlərin görülməsi davam etdiriləcək.

Hakan Fidan: "Savaş nəzarətdən çıxa bilər"

“İranın heç bir fərq qoymadan vasitəçi rolunu oynayan Oman, Qətər, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyanı bombalaması ideyası inanılmaz dərəcədə yanlış strategiyadır. Bu, regionda onsuz da son dərəcə ciddi olan riskləri daha da artırar”.

Türkiyəyə aparılan Rasim Balayev həkim nəzarətindədir

Türkiyəyə müalicəyə aparılan Xalq artisti Rasim Balayev həkim nəzarətində müalicəsini davam etdirir. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artistinin oğlu Ülvi Balayev deyib. O bildirib ki, atası bir neçə gün əvvəl Türkiyəyə aparılıb və orada klinikalardan birində müalicəsini davam etdirir: “Burada müalicə alırdı.

Bu il Türkiyədə 35 PKK terrorçusu təslim olub

Türkiyə Silahlı Qüvvələrinin davamlı əməliyyatları və axtarış tədbirləri çərçivəsində bir həftə ərzində daha 10 PKK terrorçusu təslim olub. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Beləliklə, 1 yanvar tarixindən etibarən təslim olan PKK terrorçuların sayı 35-ə çatıb.

Türkiyədə tapılan PUA Rusiyaya məxsusdur - VİDEO

Türkiyə Milli Müdafiə Nazirliyi Ordu vilayətinin Ünye rayonunda sahildə tapılan və quruya çıxmış vəziyyətdə olan pilotsuz uçuş aparatının (PUA) Rusiyaya məxsus olduğunu açıqlayıb. Primeinfo.az-ın məlumatına görə, nazirlik bildirib ki, 10 fevral 2026-cı il tarixində Ünye rayonunda sahildə bir PUA-nın aşkar edilməsi ilə əlaqədar 11 fevralda əraziyə 1 Sualtı Müdafiə qrupu göndərilib. Məlumata əsasən, aparılan yoxlamalar zamanı PUA-nın içərisində partlayıcı maddənin olmadığı müəyyən edilib.

Türkiyədə kadr islahatları: iki nazir işdən ÇIXARILDI

Türkiyədə hökumətdə bir sıra kadr dəyişiklikləri aparılıb. Daxili İşlər və Ədliyyə nazirliklərinə yeni rəhbərlər təyin edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fərman imzalayıb.