İlyas Topsakal: “Terrorsuz Türkiyə var olmağın birinci şərtidir”
“Terrorsuz Türkiyə vətəndaşlıq hüququnun əhəmiyyəti və dəyəri, var olmağın birinci şərti kimi düşünülməlidir”.
“Terrorsuz Türkiyə vətəndaşlıq hüququnun əhəmiyyəti və dəyəri, var olmağın birinci şərti kimi düşünülməlidir”.
Türkiyənin Balıkəsir vilayətinin Sındırğı bölgəsində 4,5 bal gücündə zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, yeraltı təkan yerli vaxtla 18:11-də alınıb. Zəlzələ ilə bağlı hələlik dağıntı və ya xəsarət alanlar barədə rəsmi məlumat açıqlanmayıb.
Türkiyə bayrağına qarşı təxribat törədən 14 nəfər saxlanılıb. Primeinfo.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib. Nazir bildirib ki, dövlət bayrağına qarşı törədilən təxribatla bağlı araşdırma davam etdirilir.
Türkiyənin Bosfor boğazında şəxsiyyəti müəyyən edilməmiş bir kişi meyiti tapılıb. Primeinfo.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, dəniz polisi bunun itkin düşmüş rusiyalı üzgüçü Nikolay Sveçnikov ola biləcəyini ehtimal edir.
20 Yanvar tarixi Azərbaycan xalqının azadlıq və müstəqillik yolunda göstərdiyi milli iradənin təzahürüdür.
Türkiyə müdafiə və təhlükəsizlik sahələrində Pakistan və Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq platformasının formalaşdırılmasına çalışır. Primeinfo.az “Hürriyyət” qəzetinə istinadla xəbər verir ki, bu təşəbbüslə bundan əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib. Nəşrin yazdığına görə, regionda sabitliyin möhkəmləndirilməsi və kənar müdaxilələrin qarşısının alınması məqsədi daşıyan birgə mexanizmlərin yaradılmasına səy göstərilir.
Yanvarın 16-da İstanbul şəhəri Baş prokurorunun müavini Can Tuncayın rəhbərlik etdiyi prokuror və hakimlərdən ibarət nümayəndə heyətinin Azərbaycan Respublikasına, o cümlədən Bakı şəhərinə işgüzar səfəri reallaşdırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səfərin məqsədi prokurorluq orqanları arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, institusional təcrübə mübadiləsinin aparılması və hüquqi sahədə əlaqələrin daha da möhkəmləndirilməsi olub.
Türkiyənin xarici işlər nazirinə və bütün regional tərəfdaşlara təşəkkürümü bildirirəm. Primeinfo.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu yanvarın 16-da jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. “Ermənistanda ictimaiyyət arasında çoxluğun sülhün irəlilədilməsi, ticarətin həyata keçirilməsi və bu ticarətin TRIPP çərçivəsində inkişaf etdirilməsi çağırışlarını dəstəkləyən Türkiyənin xarici işlər nazirinə və bütün regional tərəfdaşlara təşəkkür edirəm”, – deyə Alen Simonyan bildirib.
Türkiyənin cənubunda zəlzələ olub. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, Rixter cədvəli ilə 4 bal gücündə olan zəlzələnin episentri Kahramanmaraş vilayətinin Göksun rayonu olub və yeraltı ocağı 7,01 kilometr dərinlikdə qeydə alınıb.
İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində aparılan əməliyyatlar davam edir. Primeinfo.az xəbər verir ki, aparılan axtarışlar zamanı müxtəlif narkotik maddələr və cinayət elementləri müsadirə edilib. Əməliyyat zamanı Murat Gülibrahimoğlunun sevgilisi Rabia Karaca, modelyer Rabia Yaman, “Les Benjamins”in rejissoru Zohaer Majhadi, “Miss Turkey” qalibi Buse İskenderoğlu, sosial media fenomeni Dilara Ege Çevik və Suma Han gecə klubunun sahibi Cengiz Can Atasoy da daxil olmaqla 15 nəfərin kokain testi müsbət çıxıb.