Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp İrana 15 gün vaxt verib

20.02.2026 10:13

ABŞ Prezidenti Donald Tramp dünən İranla bağlı kəskin çıxış edib.

Primeinfo.az xəbər verir ki, o, İrana nüvə sazişi bağlamaq üçün maksimum 15 gün vaxt verməyə hazır olduğunu bildirib.

Tramp “Sülh Şurası”nın ilk iclasından sonra jurnalistlərə açıqlama verib və qeyd edib ki, razılığa gəlmək üçün 10 gün kifayətdir:

“Biz bu və ya digər şəkildə razılaşma əldə edəcəyik. Əslində, maksimum müddət 10-15 gündür”.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti “Sülh Şurası”nın ilk iclasında çıxışında İran hakimiyyətini hədələmişdi.

“Əgər göstərilən müddətdə razılaşma əldə edilməzsə, İranı “çox pis hadisələr” gözləyir”, – deyə o vurğulamışdı.

 

 

 

Paylaş: