Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ABŞ-İran

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında bundan sonra da vasitəçi qismində çıxış etməyə hazırdır

Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadın ABŞ və İran arasındakı danışıqlarda bundan sonra da vasitəçi qismində çıxış etməyə hazır olduğunu bildirib. Primeinfo.az “Report” -a istinadən xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanası onun şənbə günü İslamabadda İran nümayəndə heyətinin təmsilçiləri ilə danışıqlarının yekunlarına əsasən yaydığı məlumatda vurğulayıb. “Baş nazir Şahbaz Şərif İranın İslamabad danışıqlarında iştirakına görə minnətdarlıq edib.

ABŞ-İran danışıqları: Bəzi detallar bəlli oldu

İslamabadda İran və ABŞ arasında aparılan danışıqlar prosesi ekspert səviyyəsinə keçib. Primeinfo.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Xəbərə görə, İran nümayəndə heyətinin müvafiq komitələrinin bir neçə üzvü danışıqların keçirildiyi məkana yola düşüb.

ABŞ hərbi gəmiləri Hörmüz boğazından keçib? - Rəsmi Tehran dərhal təkzib etdi

“ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Hörmüz boğazından uğurla keçib”. Primeinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, “Axios”a istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmisi məlumat verib. Bildirilib ki, bu, mövcud müharibənin başlanmasından sonra ABŞ hərbi gəmilərinin strateji su yolundan ilk keçididir.

İranın minlərlə PUA və qanadlı raketləri var - CNN

Amerikanın kəşfiyyat icması hesab edir ki, ABŞ və İsrailin davam edən hərbi əməliyyatlarına baxmayaraq, İran əhəmiyyətli raket və pilotsuz uçuş aparatı hücum imkanlarına malikdir. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyat agentlikləri İranın raket buraxıcılarının təxminən yarısının salamat qaldığını təxmin edirlər.

İran XİN ABŞ-la dialoq barədə xəbərləri TƏKZİB EDİB

İran ABŞ-la danışıqlar aparması ilə bağlı iddiaları təkzib edib. Primeinfo.az-ın APA-ya istinadən xəbərinə əsasən, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi mətbuat konfransında danışıb. Onun sözlərinə görə, İran və ABŞ arasında birbaşa dialoq aparılmayıb.