“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərə uyğun olaraq növbəti layihə icra edilir.
Metro şəbəkəsində aparılan yenidənqurma və xəttlərin ayrılması dövründə sərnişin daşınmasının fasiləsiz təmin edilməsi məqsədilə alternativ avtobus marşrutları təşkil ediləcək. Primeinfo.az xəbər verir ki, bunu Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masa zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarə heyətinin ədri Anar Rzayev deyib. O bildirib ki, bəzi istiqamətlərdə sərnişinlərin əlavə keçid etməsi və nəqliyyat dəyişməsi zərurəti yarana bilər ki, bu da metro daxilində sıxlığa səbəb ola bilər.
“Avtobus parkının mərhələli qaydada yenilənməsi prosesində ötən il ərzində Bakıya 400-ə yaxın avtobus gətirilib”. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib. Onun sözlərinə görə, hazırda Bakı şəhəri üzrə marşrut xətlərində ümumilikdə 2300-ə yaxın avtobus istismar edilir: “Ölkə üzrə ötən il ümumilikdə 600-dən artıq avtobusun yenilənməsi həyata keçirilib.
Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə–Qala və Zabrat–Maştağa–Bağlar dəmir yolu xətlərinin bərpası və bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada bildirib. Onun sözlərinə görə, 2025-ci ildə adıçəkilən dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinə başlanılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı–Mingəçevir, Bakı–Qax, Bakı–İsmayıllı, Sumqayıt–Ağdam, Gəncə–Şamaxı, Gəncə–Masallı, Mingəçevir–Tərtər, Mingəçevir–Zərdab, Yevlax–Lənkəran, Ağdaş–Gəncə, Şəki–Mingəçevir, Şəki–Oğuz, İmişli–Gəncə, Bərdə–Gəncə, Qəbələ–Gəncə, Lənkəran–Sumqayıt, Beyləqan–Gəncə, İsmayıllı–Göyçay, Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə, Gəncə–Qazax və Qazax–Gəncə şəhərlərarası, həmçinin Bakıətrafı ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyata əlçatanlığının, eləcə də yaşayış məntəqələrinin sosial və ictimai obyektlərlə əlaqəliliyinin təmin edilməsi məqsədilə magistral xətlərlə əlaqələndirilən 122, 192, 196, 448, 510 və 512 nömrəli yeni şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır. Primeinfo.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində 5 000 yeni sürücünü hazırlamaq və beynəlxalq bazarda iştirakını təmin etmək hədəfini qarşısına qoyub. Primeinfo.az xəbər verir ki, bu barədə AYNA-da avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən milli daşıyıcılarla keçirilən görüşdə bildirilib. Məlumata görə, Azərbaycanda avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində qarşıda duran vəzifələr, milli daşıyıcıların üzləşdikləri çətinliklər, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb.
İranda baş verən son hadisələr fonunda Bakıdan bu ölkənin ərazisi ilə Naxçıvan Muxtar Respublikasında sərnişin daşınmasında heç bir çətinlik yaranmır. Bu barədə Primeinfo.az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Bundan başqa, məlumata görə, mövcud vəziyyət iki ölkə arasındakı sərhəd-keçid məntəqələri vasitəsilə beynəlxalq yük daşımalarının həyata keçirilməsində də heç bir çətinliyə səbəb olmur.
Bakı şəhərində mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə daha bir layihə icra edilib. Primeinfo.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilir ki, Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub.
Xidmət keyfiyyətinin artırılması və sərnişin məmnuniyyətinin təmin olunması məqsədilə yanvarın 7-dən Masazır qəsəbəsini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrut xəttinə daha 10 müasir, komfortlu, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilən “King Long” markalı avtobus cəlb edilir. Primeinfo.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Qeyd edək ki, daşıyıcı tərəfindən marşrut üzrə avtobuların bir qismi 2025-ci ildə yenilənmişdir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Gəncə – Qazax, Qazax – Gəncə şəhərlərarası, Füzuli kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı) istiqamətində, eləcə də 76 nömrəli şəhərdaxili və 78 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib. Primeinfo.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Belə ki, Gəncə – Qazax marşrutları üzrə fiziki şəxslər Quliyev Rəşad Məmməd oğlu və Cəfərov Samir Vaqif oğlu; Qazax-Gəncə marşrutları üzrə fiziki şəxslər Musayev Rüfət Nəriman oğlu və Cəfərov Samir Vaqif oğlu; Füzuli kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı) marşrutu üzrə fiziki şəxs Əsgərov Taleh Qafar oğlu; 76 nömrəli şəhərdaxili (Bakıxanov qəsəbəsi – metronun “Neftçilər” stansiyası) və 78 nömrəli şəhərətrafı (Bakıxanov qəsəbəsi – Azər Manafov küçəsi) marşrutları üzrə hüquqi şəxs “General Auto Company” qalib elan olunublar.