Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan-Ermənistan

Paşinyan: "Ermənistan və Azərbaycan bunu gözlənildiyindən daha tez etdi"

“Dünənki bəyanat Ermənistan və Azərbaycan arasında bərqərar olan sülhün institutlaşdırılması istiqamətində çox vacib və əhəmiyyətli bir addımdır”. Primeinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 14-də Təhlükəsizlik Forumundakı çıxışında xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin dövlət katibi Marko Rubionun Vaşinqtonda birgə bəyanatını şərh edərkən bildirib. “Sərhəd demarkasiyası komissiyaları işləyirlər.

Azərbaycan benzini Ermənistana çatıb

Azərbaycadan 1300 ton Aİ-95 benzini (yüksək oktanlı yanacaq) daşıyan yük qatarı Gürcüstan-Ermənistan sərhədini keçib. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial mediada bildirib. Dünən Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayev arasında 28 noyabrda Qəbələdə keçirilən görüşdə əldə edilən razılaşmalara uyğun olaraq, SOCAR neft məhsullarının ilk partiyasını daşıyan 22 vaqonlu yük qatarının Azərbaycandan Ermənistana yola düşdüyü bildirilmişdi.

NATO Baş katibinin müavini Simonyanla sülh prosesini müzakirə edib

NATO Baş katibinin müavini Radmila Şekerinska İrəvana səfəri çərçivəsində Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Simonyan özünün “X” hesabında məlumat verib. “Bu gün NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşdüm.

ATƏT rəsmisi: "Bakı və İrəvan sülhə doğru böyük addım atıblar"

Ermənistan və Azərbaycan sülh sazişi ilə bağlı əhəmiyyətli irəliləyişə nail olublar. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə ATƏT-in münaqişələrin qarşısının alınması mərkəzinin direktoru Keyt Firon bəyan edib. “Ermənistan və Azərbaycan sülhə nail olmaq məsələsində böyük irəliləyiş əldə ediblər.