Paytaxtda yataqxanada yanğın olub. Primeinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində beşmərtəbəli yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Sumqayıt şosesinin Abşeron rayonu, Saray qəsəbəsindən keçən hissəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Bakı şəhəri, Yasamal rayonunda yanğın hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, yanğın Tağı Şahbazi küçəsində yerləşən 79 saylı uşaq bağçasında qeydə alınıb. Əraziyə FHN-in yanğınsöndürən qüvvələri cəlb edilib.
Göyçayda yanğın hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Füzuli küçəsində qeydə alınıb. Yanğın nəticəsində iki evə ciddi ziyan dəyib.
10 gündür itkin düşən balıqçı Ağadədə Həsənovun meyitinin ailəsinə təhvil verilmə anının görüntüləri yayılıb. “Qafqazinfo” xəbər verir ki, görüntülər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb.
Dekabrın 9-da Astara rayonunun Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Primeinfo.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib. Nazirlikdən Primeinfo.az-a verilən xəbərə görə, müraciətdə deyilir: “Yeni ilin gəlişi münasibətilə insanların ənənəvi olaraq küknar ağacı ətrafında kütləvi şəkildə toplaşaraq keçirdikləri tədbirlər həm də yanğın təhlükəsi yaradır. Təəssüflə qeyd edək ki, bəzi vətəndaşların, o cümlədən fiziki və hüquqi şəxslərin ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşması, yanğın təhlükəsizliyi ilə bağlı tələbləri yerinə yetirməməsi sonda əziz bayram günlərində insan sağlamlığı üçün təhlükə yaradan, əmlak və infrastruktura maddi ziyanın dəyməsi ilə nəticələnən, bəzən faciəyə çevrilən yanğınların baş verməsinə səbəb olur.
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Primeinfo.az xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Xəzər rayon Tibbi Reabilitasiya Mərkəzində, Nərimanov rayon 212 nömrəli, Yasamal rayon 31 və 38 nömrəli tam orta məktəblərində, Gəncə RM tərəfindən Şəmkir rayon, S.Rüstəmov adına Sabirkənd kənd, Gəncə şəhər, A.Nekrasov adına 19 nömrəli və Gədəbəy rayon, X.İsmayılov adına 2 nömrəli tam orta məktəblərində, Muğan RM tərəfindən Biləsuvar rayon, Amandkənd kənd tam orta məktəbində, Qarabağ RM tərəfindən Ağdam rayon, Ayaq Qərvənd qəsəbəsi 97 nömrəli və Bərdə rayon, Xanərəb kənd tam orta məktəblərində, Şimal RM tərəfindən Qusar rayon, Əniqoba və Xaçmaz rayon, Seyidlər kənd tam orta məktəblərində, Şimal-qərb RM tərəfindən Qəbələ rayon, A.Şirinov adına Topbağ kənd ümumi orta məktəbində, Aran RM tərəfindən Yevlax rayon, Salamabad kənd tam orta məktəbində və Cənub RM tərəfindən Cəlilabad şəhər, Ş.Xudiyev adına 5 nömrəli ümumi orta məktəbində maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü və Nazirliyin yaranmasının 20-ci ildönümü ilə əlaqədar təntənəli mərasim keçirilib. Primeinfo.az xəbər verir ki, mərasimdə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli, Qırğız Respublikasının fövqəladə hallar naziri general-leytenant Boobek Ajikeev, Özbəkistanın fövqəladə hallar nazirinin birinci müavini Sanjar Zuparov, Rusiya fövqəladə hallar nazirinin müavini Roman Kurınin, Azərbaycan FHN-in əməkdaşları, FHN yanında İctimai şuranın üzvləri, fövqəladə hallar könüllüləri, media təmsilçiləri və.s səlahiyyətli şəxslər iştirak ediblər. Tədbir iştirakçıları, əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib.