Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Moskva

Moskvada hava limanlarında uçuşlar dayandırılır?

Moskvada hava limanlarında uçuşlar dayandırılır?

Moskvanın Vnukovo və Şeremetyevo hava limanlarında təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Rosaviasiya məlumat yayıb. Bildirilib ki, hər iki hava limanında PUA hücumu ilə əlaqədar “Xalça planı” tətbiq edilib.

Çinin baş naziri Moskvaya səfər edib

Çinin baş naziri Moskvaya səfər edib

Çin Dövlət Şurasının Baş naziri Li Cianq Rusiyaya səfər edib. Primeinfo.az xəbər verir ki, Cinaq Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Hökumət Başçıları Şurasının 24-cü iclasında iştirak etmək üçün bazar ertəsi Moskvaya gəlib. Li Cianqın Rusiyanın Baş naziri Mixail Mişustinin dəvəti ilə Rusiyaya səfər etdiyi, onun noyabrın 18-dək Rusiyada qalacağı bildirilib.

Moskvaya ilk qar yağdı

Moskvaya ilk qar yağdı

Şənbə günü Moskvaya ilk qar yağıb. Primeinfo.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb. “Bir gündə paytaxtda aylıq yağıntı normasının 20 faizə qədəri düşüb”, – deyə məlumatda bildirilib.

Moskvada azərbaycanlı qardaşlara ağır cəza verildi

Moskvada azərbaycanlı qardaşlara ağır cəza verildi

Moskvada motosikletçi Kirill Kovalyovu qətlə yetirməkdə ittiham olunan azərbaycanlı Şahin və Şöhrət Abbasov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Primenfo.az APA-ya istinadən xəbər verir ki, məhkəmə Şahin Abbasovu 17 il, Şöhrət Abbasovu isə 12 il müddətinə azadlıqdan məhrum edib. Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

MDB ölkələri təhlükəsizlik təhdidlərini müzakirə edəcək

MDB ölkələri təhlükəsizlik təhdidlərini müzakirə edəcək

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin noyabrın 5-də keçiriləcək görüşündə birlik məkanında təhlükəsizliyə çağırışlar və təhdidlər müzakirə olunacaq. Bu barədə  Primeinfo.az-a Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb. Tədbirə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu rəhbərlik edəcək.