Moskvanın şərqində yerləşən İzmaylovo rayonunda, “İzmaylovo Kreml” adlanan tarixi-mədəniyyət kompleksi yaxınlığında güclü yanğın baş verib. Primeinfo.az xəbər verir ki, yerli media orqanlarının yaydığı məlumata görə, açıq ərazidə saxlanılan tikinti və üzlük materialları alovlanıb. Bildirilir ki, yanğının sahəsi təxminən 300 kvadratmetrə çatır və alov iki istiqamətdə yayılmağa davam edir.
Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada parada getməyəcək. Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, o, bu barədə bu gün jurnalistlərə bildirib. Paşinyan seçkiqabağı kampaniyaya görə, mayın 9-da Moskvada keçiriləcək paradda iştirak etməyəcəyini bildirib.
Rusiya Rəqəmsal İnkişaf Nazirliyi 7-8 may tarixlərində Moskvada mobil internet istifadəsinin məhdudlaşdırılmayacağını açıqlayıb. Primeinfo.az xəbər verir ki, TAS-ın məlumatına görə, 9 mayda – Qələbə Günündə də internetə çıxış məhdudlaşdırılacaq. “9 mayda mobil internetə çıxış müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Moskvada Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində keçirilən iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Samir Şərifov təmsil edib. Nazirlə öncə məhdud tərkibdə görüş keçiriblər.
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyü Moskva səfərini çox uğurlu adlandırıb. Primeinfo.az-ın məlumatına görə, bunu Ermənistan Baş naziri brifinqdə səfər çərçivəsində hansı razılaşmaların əldə edildiyi ilə bağlı sualı cavablandırarkən bildirib. “Biz bir sıra sahələrdə, demək olar ki, gündəliyimizin bütün sahələrində – mədəniyyətdən tutmuş hərbi-texniki əməkdaşlığa qədər konkret razılaşmalar əldə etmişik.
İranın ali liderinə yaxın mənbə Küveytin “Al-Jarida” nəşrinə bildirib ki, Möctəba Xamneyi müalicə məqsədilə Moskvaya aparılıb. Onun evakuasiyası üçün gizli əməliyyat həyata keçirildiyi iddia olunur.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir. Primeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununda əksini tapıb. İndiyə qədər qüvvədə olan Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambula hissəsində qeyd edilib ki, Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulub.
Moskva, Kiyev və Vaşinqtonun iştirakı ilə Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli görüş martın əvvəlinə qədər təxirə salınıb və hazırda danışıqların keçiriləcəyi məkan razılaşdırılır. Primeinfo.az xəbər verir ki, bu barədə TASS rəsmi mənbələrə istinadla məlumat yayıb. Görüşün fevralın 26-da Cenevrədə keçiriləcəyi bildirilirdi.
Moskvada yaşadıqları binanın qarşısında meyiti tapılan azərbaycanlı ər-arvadla bağlı bəzi təfərrüatlar məlum olub. Primeinfo.az-ın APA-ya istinadən xəbərinə görə, meyiti tapılan, 1984-cü il təvəllüdlü Vasif Yusif oğlu Nağıyev Ucar rayonunun Rəstəcə kənd sakinidir. Həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aygün Yaqub qızı Hüseynova isə Rusiya vətəndaşıdır.
Rusiyanın paytaxtında faciəvi hadisə baş verib.