Zərdabda yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, Zərdab–Kürdəmir avtomobil yolunda hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər ölüb, 4-ü xəsarət alıb.
Bu gün saat 08:35 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisindən keçən avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumata görə, Umudvar Abbasovun idarə etdiyi “MAN” markalı yük avtomobili yağışlı hava şəraiti və sürət rejimini nəzərə almadan sərt döngəyə daxil olarkən idarəetmə itib və qarşıdan gələn “Toyota” markalı minik avtomobili ilə toqquşub.
Göygöldə minik avtomobilinin aşıb deformasiyaya uğraması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az APA-ya istinadla xəbər verir ki, qəza zamanı 1983-cü il təvəllüdlü M. Kalpanov həyatını itirib.
Bərdədə sürücünün xəsarət alması ilə nəticələnən qəza olub. Primeinfo.az-ın xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Soğanverdilər kəndi ərazisində baş verib. Belə ki, hərəkətdə olan “VAZ”2107 markalı 02 BK 395 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil yol kənarındakı dərəyə aşıb.
Tovuz rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, rayon ərazisində qeydə alınan hadisə zamanı “VAZ 2111” “VAZ2106” və “Mercedes” markalı avtomobillər toqquşub. İlkin məlumata görə, qəza zamanı bir nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Polşa prokurorluğu Jeşuv yaxınlığındakı Tserpiş kəndində baş verən ölümcül faciə, yəni dörd yerlik “Robinson R44” helikopterinin qəzaya uğraması və iki nəfərin ölümü ilə nəticələnən hadisə ilə bağlı istintaqa başlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb. Məlumata görə, hadisə noyabrın 30-da baş verib.
Qaxda “BMW” markalı minik avtomobili aşıb, xəsarət alan var. Primeinfo.az, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib. Rayonun Turaclı kənd sakini 1987-ci il təvəllüdlü Anar Yasin oğlu Ələkbərov idarə etdiyi “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yoldan çıxaraq aşıb.
AZAL aviaşirkətinə məxsus “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olduğu hadisə üzrə istintaq davam edir və bu ilin yekunları üzrə məlumat veriləcək.
Ucarda yol qəzası olub. Primeinfo.az-ın xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Hyundai Elantra” markalı minik maşını ilə traktor toqquşub.
Ağcabədidə yük maşını avtomobillə toqquşub, iki nəfər ölüb. Primeinfo.az xəbər verir ki, qəza hadisəsi Ağcabədi rayon Qaradolaq kəndi ərazisində baş verib. “GAZ”el markalı yük maşını hərəkətdə olarkən “VAZ” 21015 markalı minik maşını ilə toqquşub.