Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: qəza

ABŞ-də helikopter qəzası: ölən və yaralılar var

ABŞ-nin Tennessi ştatının Uilson dairəsində tibbi helikopter qəzaya uğrayıb.  Primeinfo.az xəbər verir ki, bu barədə Vanderbilt Universiteti Tibb Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, qəza baş verən zaman “Vanderbilt LifeFlight” helikopterinin göyərtəsində yalnız 3 nəfər ekipaj üzvü olub.

Dağıstanda helikopter qəzası: 4 nəfər öldü

Dağıstanda helikopter qəzaya uğrayıb. Primeinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, Dağıstan Respublikasının Səhiyyə Nazirliyi qəza nəticəsində dörd nəfərin öldüyünü açıqlayıb.

Bu ölkədə təyyarə qəzaya uğradı - bütün ekipaj öldü

Sudanın Qərbi Kordofan ştatında Babanus şəhəri yaxınlığında texniki nasazlıq səbəbindən hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Primeinfo.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə “Sudan Tribune” qəzeti 22-ci piyada diviziyasının bəyanatına istinadən məlumat verib. Qeyd olunur ki, aviasiya bölgədə “Çevik Dəstək Qüvvələri” (RSF) hərəkatının mövqelərini bombardman etmək və Babanusda mühasirədə olan ordu bölmələrini təchiz etmək üçün istifadə olunur.

Hərbi helikopter qəzaya uğrayıb: 6 nəfər ölüb

Filippində “Kalmaegi” qasırğası nəticəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində azı altı nəfər həlak olub. Primeinfo.az-ın xəbərinə görə, bu barədə hərbi strukturlara istinadən “ABS-CBN News” telekanalı məlumat yayıb. “Axtarış-xilasetmə əməliyyatları nəticəsində “Super Huey” helikopterinin (Bell UH-1Y Venom – red.) pilot və ekipaj üzvlərinə aid olduğu güman edilən altı cəsəd aşkar edilib”, – hərbçilər bildirib.

Bakıda diqqətsizliyin səbəb olduğu yol qəzaları - VİDEO

Yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri də sürücülərin ehtiyatsızlığından yaranan diqqətsizliyidir. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilib. Qeyd edilib ki, NİİM-in müşahidə kameralarının qeydə aldığı qəzaların təhlilləri göstərir ki, sükan arxasında telefondan istifadə və ya bir anlıq belə olsa, diqqəti yayındıran hər hansı fəaliyyət yol-nəqliyyat hadisəsinə səbəb olur.

İranda təlim təyyarəsi bina ilə toqquşdu

İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizin beynəlxalq hava limanında təlim təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxaraq aerportun yan binalarından birinə çırpılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Təbriz hava limanının ictimaiyyətlə əlaqələr departamentinin məsul şəxsi Hadi Necati bildirib. Onun sözlərinə görə, hadisə zamanı pilot xəsarət almayıb: “Qəzanın dəqiq səbəbi hələ də məlum deyil və Mülki Aviasiya Təşkilatının ekspertləri bu məsələ ilə bağlı araşdırmaları davam etdirirlər”.

NİİM-dən piyadalara çağırış - VİDEO

Sürücülər bilir ki, nəqliyyat vasitəsini yüksək sürətlə sürmək, təhlükəli maverlər etmək, ara məsafəsini düzgün saxlamamaq, piyada keçidlərini bildirən nişanlara diqqət yetirməmək qəzalara səbəb olur. Piyadalar da yaxşı bilir ki, nizamlayıcının siqnallarına diqqət yetirməmək, keçidlərdən istifadə etməmək, sürücülərin onlara yol verdiyinə tam əmin olmadan yolu keçmək təhlükəlidir. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücü və piyadalara müraciətində bildirilib.

Yanacaqdoldurma məntəqəsində avtomobil partladı - VİDEO 

Qaradağ rayonu, Ələt qəsəbəsində avtomobil yanacaqdoldurma məntəqəsində partlayıb. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, maye qazla işləyən “Mercedes” markalı avtomobildə yanacaq doldurarkən anidən partlayış baş verib. Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb.

Moped sürən 87 yaşlı kişi öldü

Bakıda avtomobillə moped toqquşub. Primeinfo.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Eldar Həmzətqulu oğlu Səttarovun idarə etdiyi “Toyota Aqua” markalı avtomobillə 1938-ci il təvəllüdü Hacı Əmir oğlu Ağayevin idarə etdiyi mopedlə toqquşub. Nəticədə 87 yaşlı kişi ölüb.

Sərnişin avtobusu bulvarda ağaca ÇIRPILDI - VİDEO

Bu gün səhər saatlarında Bakıda avtobus qəzaya uğrayıb. Primeinfo.az-ın məlumatına görə, hadisə bulvar ərazisində baş verib. “BakuBus”a məxsus 125 nömrəli sərnişin avtobusu yoldan çıxaraq, Dənizkənarı Milli Park ərazisinə daxil olub.