Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: TDT

Türk dövlətlərinin TV-lərinin bir-birinin ərazisində yayımlanması təklif edilir

“Bu gün real nəticələr verən müştərək təşəbbüslərə fokuslanmaq vacibdir”. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Qazaxıstan Respublikası mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantında çıxışı zamanı deyib. Kanat İskakov müştərək təşəbbüslərə misal olaraq TDT-yə üzv dövlətlərin televiziya kanallarının biri-birinin ərazisində yayımlanmasını, dövlətlərin tarixini, mədəniyyətini, turizm və investisiya potensialını təbliğ edən bədii, sənədli filmlərin istehsalını, uşaqlar üçün kontentləri, süni intellektin istifadə etikası, məlumatların qorunması və manipulyasiyaya qarşı mübarizə üzrə birgə tövsiyələr hazırlanmasını göstərib.

Ömer Kocaman: "TDT çərçivəsində Jurnalistlər Birliyinin yaradılması nəzərdə tutulur"

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Jurnalistlər Birliyinin yaradılması nəzərdə tutulur. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömer Kocaman Türk Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında deyib. O qeyd edib ki, bu gün təşkilat 55 sahədə fəaliyyət göstərir: “Azərbaycan Prezidenti İlham Əliyevin “Türk dünyası ailəmizdir, ondan başqa ailəmiz yoxdur” sözləri fəaliyyətimiz üçün yeni bir cığır açıb.

Əhməd İsmayılov: "Türk dövlətləri ilə media sahəsində əməkdaşlığı dərinləşdirməyə çalışırıq"

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın media inkişafına dair milli təşəbbüsləri ilə səsləşməklə ortaq tarix, dil və mədəni identikliyin birləşdirdiyi regionun aparıcı təşkilatlarından biri kimi mühüm rol oynayır. Primeinfo.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov noyabrın 28-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında çıxışı zamanı deyib. Onun sözlərinə görə, təşkilat siyasi və iqtisadi sahələrlə yanaşı, informasiya və media kimi həyati əhəmiyyətli bir sahədə də əməkdaşlığı dərinləşdirməyə çalışır.

Bakıda TDT-nin Media Forumu keçirilir - FOTO

Bakıda türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə Türk Dövlətləri Təşkilatının Media Forumu keçirilir.

Türk dünyası irsinin Almaniyada təbliği müzakirə edilib - FOTO

Berlin Xarici Siyasət Forumunda iştirak etmək üçün Almaniyada səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev ilə Azərbaycanın Almaniyadakı səfirliyində görüş keçirilib. Primeinfo.az xəbər verir ki, görüşdə Türk dövlətlərinin Almaniyadakı səfirləri də iştirak ediblər. Söhbət zamanı TDT-nin fəaliyyəti, həyata keçirilən layihələr və TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə müəyyən edilmiş hədəflərin icrası, səfirliklər arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.