Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkiyə

Azərbaycan və Türkiyə arasında hərbi təhlükəsizlik memorandumu təsdiqlənəcək

Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair anlaşma memorandumu təsdiqlənəcək. Primeinfo.az xəbər verir ki, bununla bağlı layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü onlayn iclasında müzakirə edilib. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirədən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Türkiyəli nazir: "2029-2030-da Zəngəzur dəhlizindən fəal istifadə edə biləcəyik"

Zəngəzur dəhlizinin açılması Orta Dəhliz boyunca yük daşımalarının həcmini artıracaq. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu bildirib. Onun sözlərinə görə, Orta Dəhliz marşrutu artıq malların Çindən Böyük Britaniyaya 18 günə çatdırılmasına imkan verir ki, bu da dəniz yük daşımalarından xeyli qısadır: “Yüklər Xəzər dənizi vasitəsilə Bakıya, daha sonra isə Tbilisiyə və Türkiyəyə daşınır.

Türkiyədə 120 şagird qidadan zəhərləndi

  Türkiyədə 120 şagird qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Primeinfo.az xəbər verir ki, hadisə Türkiyənin Bingöl vilayətinin Adaklı rayonunda baş verib. Belə ki, buradakı regional internat orta məktəbi və şəhid Hikmət Saydan adına ibtidai məktəbində şagirdlərə verilən naharda ayran, toyuq və plovdan sonra bir sıra şagirdlərdə ürəkbulanma və halsızlıq müşahidə olunub.

Türkiyə nümayəndə heyəti Hikmət Hacıyevlə görüşüb - FOTO

“Şuşada keçirilən Birinci Türkiyə-Azərbaycan Beyin Mərkəzləri Forumunda iştirak edən Türkiyə nümayəndə heyəti olaraq Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyevi ziyarət etdik.” Primeinfo.az xəbər verir ki, bu haqda Türkiyənin Strateji Araşdırmalar Mərkəzinin “X” hesabında məlumat verilib. Bildirilib ki, görüş zamanı Türkiyə-Azərbaycan əməkdaşlığının bütün aspektləri, eləcə də regional və qlobal hadisələr müzakirə edilib.

Xələf Xələfov Akif Çağatay Kılıç ilə görüşüb - FOTO

Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Ankarada Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və əməkdaşlıq məsələləri müzakirə olunub.

Tanınmış türkiyəli jurnalist 4 il 2 ay müddətinə həbs olundu

Tanınmış türkiyəli jurnalist Fatih Altaylı ilə bağlı məhkəmənin qərarı açıqlanıb. Primeinfo.az “TRT Haber”e istinadən bildirir ki, o, 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Fatih Altaylı öz sosial media platformasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğonı təhdid etməkdə ittiham olunur.

Ərdoğan: "Türkiyə tərəflər arasında birbaşa təmasları asanlaşdırmağa hazırdır" - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “istəklilər koalisiyası”nın iclasında ölkəsinin ədalətli və davamlı sülhün tezliklə təmin olunması üçün tərəflərin birbaşa təmaslarını asanlaşdıracaq diplomatik səylərini davam etdirəcəyini vurğulayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran “X” sosial şəəbəkəsində paylaşım edib. B.