Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkiyə

Avstraliyanın Baş naziri: "COP31 Türkiyədə keçiriləcək"

Türkiyə gələn il qlobal iqlim sammiti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasını (COP31) qəbul edəcək, Avstraliya isə hökumətlərarası danışıqlara rəhbərlik edəcək. Primeinfo.az “Report”a istinadən bildirir ki, bunu Avstraliyanın Baş naziri Entoni Albaneze “Australian Broadcasting Corp Radio”ya açıqlayıb. Onun sözlərinə görə, tərəflər kompromisə gəliblər – Türkiyə COP31 sammitinə sədrlik edəcək, “pre-COP” tədbirləri Sakit okean regionunda keçiriləcək, Avstraliya isə hökumətlərarası danışıqlara rəhbərlik edəcək.

Ərdoğan: "Türkiyənin Krım tatarlarına dəstəyi davam edəcək"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin Krım tatarlarına dəstəyi davam edəcək. Primeinfo.az xəbər verir ki, Ərdoğan bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ankarada keçirdiyi birgə brifinqdə danışıb. Türkiyə Prezidenti qeyd edib ki, bu gün Volodimir Zelenski ilə görüşdə bir sıra ikitərəfli məsələləri müzakirə ediblər: “Strateji tərəfdaşımız Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin tərəfdarı olduğumuzu bir daha bildirdik.

Türkiyə və Qazaxıstan müdafiə nazirləri Ankarada görüşüblər - VİDEO

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankarada olan Qazaxıstanın müdafiə naziri Dauren Kosanovla görüşüb. Primeinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yaşar Gülər qazaxıstanlı həmkarını nazirlikdə rəsmi mərasimlə qarşılayıb. Rəsmi qarşılanma mərasimində hər iki ölkənin milli marşları səsləndirilib.

Zelenski Ankaraya gedib

Zelenski bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Rusiya İstanbulda Ukrayna ilə danışıqlarda iştirak etməyəcək

Rusiya 19 noyabrda İstanbulda Ukrayna ilə danışıqlarda iştirak etməyəcək. Primeinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, əgər Stiv Uitkoff və ya Ankara nümayəndələri Zelenski ilə danışıqlarının nəticələri barədə Rusiyanı məlumatlandırmaq istəsələr, Putin söhbətə açıqdır.

Dövlət Bağçalı həbsxanada Öcalanla görüşə hazır olduğunu bildirib - VİDEO

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı İmralı həbsxanasında PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşməyə hazır olduğunu bəyan edib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, MHP lideri bu barədə partiyasının qrup iclasında bildirib. “Açıq şəkildə deyirəm.

Bu ölkə COP31-i Türkiyə ilə birgə keçirməkdən imtina edib

Avstraliyanın Baş naziri Entoni Albanese bəyan edib ki, ölkə COP31 iqlim sammitini Türkiyə ilə birgə keçirməyəcək. Primeinfo.az xəbər verir ki, bunu “Reuters” agentliyi məlumat yayıb. “Sammiti birgə keçirməyəcəyik, çünki birgə təşkilatçılıq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının qaydalarında nəzərdə tutulmayıb”, – Albanese Melburnda keçirilən brifinqdə bildirib.