Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkiyə

Türkiyədə otel yanğını: 78 ölümə görə 11 nəfərə ömürlük həbs verildi

Türkiyənin Bolu vilayətində 78 nəfərin ölümü ilə nəticələnən “Grand Kartal” otelində baş verən yanğınla bağlı məhkəmə prosesi davam edir. Primeinfo.az xəbər verir ki, 20-si həbsdə olmaqla ümumilikdə 32 nəfərin mühakimə olunduğu iş üzrə üçüncü məhkəmə iclası başlayıb. Hadisə ilə bağlı Bolu Cumhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanmış ittiham aktında otel sahibləri və rəhbər şəxslər – Halit Ergül, Emine Murtezaoğlu Ergül, Ceyda Hacıbekiroğlu, Elif Aras, Emir Aras, Zeki Yılmaz, Ahmet Demir, Kadir Özdemir, Cemal Özer, Mehmet Salun, eləcə də Bolu bələdiyyə sədrinin müavini Sedat Gülener, yanğınsöndürmə idarəsinin rəhbər müavini Kenan Coşkun və yanğınsöndürən İrfan Acar barəsində ittiham irəli sürülüb.

Əkrəm İmamoğlunun müşaviri də saxlanıldı

İstanbul bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlunun müşaviri İbrahim Özkan da saxlanılıb. Primeinfo.az “TRT Haber”ə istinadən bildirir ki, o, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan korrupsiya istintaqı çərçivəsində tutulub. Xatırladaq ki, Türkiyədə Əkrəm İmamoğlu barəsində “cəsusluq”, “cinayətkar təşkilatın rəhbəri olmaq”, “cinayətkar təşkilatın üzvü olmaq”, “hədə-qorxu ilə tələb etmə”, “rüşvət alma”, “ağırlaşdırılmış dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “tender saxtakarlığı” ittihamı ilə istintaq aparılır.

Abdullah Eren Hikmət Hacıyevlə görüşüb - FOTO

Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) sədri Abdullah Eren Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Ərdoğan: "Almaniya Türkiyənin Avropadakı ən böyük ticarət tərəfdaşıdır"

Türkiyə Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvlüyünə doğru sürətlə irəliləyə bilər.  Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Kansleri Merzlə görüşdən sonra birgə mətbuat konfransında bildirib.  O qeyd edib ki, Türkiyə Brüsselin Ankaranın bu məsələdə qətiyyətini düzgün qiymətləndirməsi ilə Aİ-nin tamhüquqlu üzvlüyünə doğru sürətlə irəliləyə bilər. 

“DeFacto” Azərbaycanda fəaliyyətini dayandırdı

“DeFacto” mağazaları Azərbaycanda fəaliyyətini tam dayandırıb. Primeinfo.az-ın məlumatına görə, Türkiyənin geyim markasının Bakı, Sumqayıt və Gəncədəki filialları ölkə bazarından tamamilə çıxıb. Qeyd edək ki, Türkiyənin hazır geyim və moda markalarından biri olan “DeFacto” 2015-ci ildə Azərbaycan bazarına daxil olub.

Ərdoğan: “Atatürk Beynəlxalq Sülh Mükafatını Quterreşə verəcəyik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2025-ci il Atatürk Beynəlxalq Sülh Mükafatını BMT-nin Baş katibi Antonio Quterreşə təqdim edəcəyini açıqlayıb. Primeinfo.az xəbər verir ki, Ərdoğan bunu Ankarada Cumhuriyyətin 102-ci il dönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.  “Atatürk Beynəlxalq Sülh Mükafatımızı Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Antonio Quterreşə təqdim edəcəyik.

Türkiyə nümayəndə heyəti İrəvanda

İrəvanda Ermənistanın Radio və Televiziya Komissiyasının təşkilatçılığı ilə Avropa Tənzimləyici Orqanlar Platformasının (EPRA) iclası keçirilib. Primeinfo.azTeleqraf-a istinadən xəbər verir ki, tədbirdə Türkiyə Radio və Televiziya Üst Kurulu (RTÜK) üzvləri də iştirak ediblər. Sessiya zamanı audiovizual media sektorunda cari durum, üzv təşkilatlar arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.