Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkiyə

Türkiyəli deputat Xankəndi və Şuşaya səfər edib - FOTO 

Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) büro üzvü Hasan Turan oktyabrın 28-də Xankəndi və Şuşa şəhərlərinə səfər edib.  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a bildirilib ki, Xankəndi şəhərinə gələn Hasan Turan burada Zəfər meydanında və Qarabağ Universitetində olub.  O, Xankəndidə Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olub, burada universitetin tələbələri ilə söhbət edib. 

Türkiyədə yenidən zəlzələ oldu

  Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 4,7 bal gücündə növbəti zəlzələ qeydə alınıb. Primeinfo “TRT Haber”ə istinadən məlumat verir ki, yeraltı təkanlar yerin 6,22 kilometr dərinliyində baş verib.  

Monteneqro Türkiyə vətəndaşları üçün vizasız rejimi dayandırdı

Monteneqro Türkiyə vətəndaşları üçün vizasız rejimi dayandırıb. Primeinfo.az xəbər verir ki, bu barədə Monteneqronun Baş naziri Milojko Spayiç X hesabında paylaşım edib. Belə bir addımın atılmasına səbəb kimi son illərdə ölkədə Türkiyə vətəndaşları ilə bağlı zorakılıq hadisələrinin sayının artması göstərilir.

Keir Starmer Türkiyədə səfərdədir

Böyük Britaniya Baş naziri Keir Starmer Türkiyədə səfərdədir. Primeinfo.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Britaniya liderini rəsmi mərasimlə qarşılayıb. Görüş zamanı Türkiyə-Böyük Britaniya münasibətləri, Rusiya-Ukrayna müharibəsi, Qəzzanın bərpası və “Eurofighter” döyüş təyyarələrinin alınması məsələləri əsas müzakirə mövzuları olacaq.

Şamil Ayrım və Hasan Turan Bakıda keçiriləcək beynəlxalq konfransa qatılacaq

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə–Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım və TBMM-in şöbə müdiri Hasan Turan Azərbaycana səfər ediblər. Primeinfo.az xəbər verir ki, nümayəndə heyəti Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirak edəcək. Qeyd edək ki, oktyabrın 29-da Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı keçiriləcək.

Türkiyə yenidən silkələndi

Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda 4 bal gücündə zəlzələ baş verib. Primeinfo.az “İHA”- ya istinadən xəbər verir ki, bu barədə AFAD məlumat  yayıb. Məlumata görə, Ayvacık rayonu sahillərində 4.0 və 3.7 bal gücündə ardıcıl iki zəlzələ baş verib.