Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkiyə

Türkiyə XİN ABŞ-ın Venesuelaya hücumu ilə bağlı açıqlama yayıb

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Venesuelaya hücumu və prezident Nikolas Maduro ilə həyat yoldaşının ələ keçirilməsi ilə bağlı açıqlama yayıb. Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, açıqlamada deyilir: “Hadisələri yaxından izləyirik. Türkiyə, Venesuelanın sabitliyinə və Venesuela xalqının əmin-amanlığına xüsusi önəm verir.

Türkiyədə 28 vilayət üçün qar uçqunu xəbərdarlığı edilib

Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) 28 vilayətdə qar uçqunu təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb. Primeinfo.az-ın məlumatına görə, bəzi bölgələrdə qar örtüyünün 20 santimetrdən çox olduğu və qar uçqunu riskinin kritik səviyyəyə çatdığı vurğulanıb. Məlumata əsasən, Qara dəniz bölgəsində Düzcə, Bolu, Zonquldaq, Bartın, Karabük, Kastamonu, Ordu, Giresun, Trabzon, Rize, Artvin, Tokat, Gümüşhane və Bayburt, Mərkəzi Anadolu bölgəsində Sivas, Şərqi Anadolu bölgəsində Ərzincan, Tunceli, Bingöl, Ərzurum, Muş, Bitlis, Ardahan, Qars, Ağrı, Van və Hakkari, Cənub-Şərqi Anadolu bölgəsində isə Siirt və Şırnakda yüksək qar örtüyü olan maili və dik yamaclarda uçqun təhlükəsinin mövcud olduğu bildirilib.

Türkiyədə İŞİD əməliyyatı: 125 nəfər saxlanılıb

Türkiyənin İstanbul şəhərində İŞİD terror qruplaşmasına qarşı növbəti əməliyyat keçirilib. Primeinfo.az xəbər verrir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Nazirin sözlərinə görə, ümumilikdə 25 vilayətdə aparılan əməliyyat çərçivəsində 125 nəfər saxlanılıb.

Türkiyədə 3 nəfər qar uçqununa düşüb

Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır. Primeinfo.az xəbər verir ki, Türkiyənin Artvin vilayəti Aksu yaylağında səhər saatlarında qar uçqunu baş verib. Yaylaqda olan 6 çobandan 3-ü uçqun altında qalıb.

Türkiyə Suriya Demokratik Qüvvələrinə xəbərdarlıq edib

Türkiyə Müdafiə Nazirliyi Suriya Demokratik Qüvvələrinə növbəti dəfə xəbərdarlıq edib. Primeinfo.az-ın xəbərinə görə, nazirliyin açıqlamasında Suriya Demokratik Qüvvələrinin (SDG) mərkəzi hakimiyyətə inteqrasiya olunması istiqamətində addımlar atmadığı qeyd olunub. Bildirilib ki, SDG desentralizasiya və federalizm tələblərini səsləndirməyə davam edir və mərkəzi hakimiyyətə inteqrasiya olunması istiqamətində addım atmır?

Türkiyə ilə Ermənistan arasında vacib qərar

Yanvarın 1-dən etibarən Ermənistan və Türkiyənin diplomatik pasport sahibləri üçün viza verilməsi prosesi sadələşdiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, diplomatik, xidməti və xüsusi pasport sahibləri artıq elektron vizaları (e-vizalar) pulsuz əldə edə biləcəklər.

Türkiyədə yol qəzası: yaralılar var

Türkiyədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. Primeinfo.az xəbər verir ki, hadisə Aydın şəhərinin Efeler rayonunda qeydə alınıb. Məlumata görə iki avtomobilin toqquşması zamanı 7 nəfər xəsarət alıb.